Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Rusiya 40 günə sülhə MƏCBUR ediləcək? Putin üçün GERİSAYIM başlayır

Rusiya 40 günə sülhə MƏCBUR ediləcək? Putin üçün GERİSAYIM başlayır

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı 40 günlük müdaxilə əməliyyatını təsdiqlədiyini açıqlayıb. O, qərarın general-mayor Yevhen Xmaranın Təhlükəsizlik Xidmətinin, xüsusən də “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin işi və uzun və orta müddətli sanksiya planlarının həyata keçirilməsi barədə hesabatından sonra verildiyini deyib.

Zelenski əməliyyatın məqsədinin Rusiyanı müharibəni dayandırmağa məcbur etmək olduğunu bildirib. O, həmçinin, qeyd edib ki, son aylarda Təhlükəsizlik Xidməti müxtəlif növ dronların istifadəsi sayəsində cəbhə xəttində yüksək effektivlik nümayiş etdirib və “Alfa” xüsusi təyinatlı qüvvələri bölməsi məhv edilən düşmənin şəxsi heyəti və texnikasının sayına görə liderdir.

Bu arada Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib ki, Putinin Kiyevə qarşı nüvə silahından istifadə məsələsi yalnız o halda gündəmə gələ bilər ki, Ukraynada Rusiya cəbhəsi çökməyə başlasın və Kreml rəhbəri öz hakimiyyətinin real təhlükə altında olduğuna qərar versin.

O qeyd edib ki, Ukrayna dronlarının və ya raketlərinin Moskvaya və ya Sankt-Peterburqa zərbələri səbəbindən Putinin dərhal nüvə silahına əl atacağından narahat olmağa dəyməz: “Nüvə silahından istifadə məsələsi yalnız Ukraynada, o cümlədən Krımda Rusiya cəbhəsinin çökməsi başlayanda və Putin öz rejiminə real təhlükə yarandığı qənaətinə gələndə ortaya çıxacaq. Məhz həmin vaxt nüvə zərbəsi endirib-endirməmək məsələsi gündəmə gələcək”.

Moskva 40 günə sülhə vadar edilə bilərmi?

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, Ukrayna rəhbərliyinin açıqlamaları hərbi bəyanatlar kimi görünür: “Söhbət təkcə 40 gündən getmir. Burada əsas məsələ Rusiyanın hərbi, iqtisadi və siyasi baxımdan kritik mərhələyə daxil olması ilə bağlı Qərbin və Kiyevin hesablamalarıdır. Bu rəqəmi hərfi mənada qəbul etmək düzgün olmazdı. Müasir müharibələrdə konkret tarix qoyaraq qarşı tərəfi təslim etdirmək praktik olaraq mümkün deyil.

Son aylar Ukraynanın taktikasında ciddi dəyişiklik müşahidə olunur. Əvvəllər əsas diqqət cəbhə xəttində müdafiəyə yönəlirdisə, indi prioritet Rusiyanın arxa cəbhəsində yerləşən hərbi aerodromlar, sursat anbarları, yanacaq bazaları, hərbi sənaye müəssisələri, logistika qovşaqları mütəmadi şəkildə zərbə altına salınır. Bu strategiyanın məqsədi əraziləri dərhal azad etmək deyil. Məqsəd Rusiyanın müharibə aparmaq imkanlarını tədricən sıradan çıxarmaqdır”.

Siyasi şərhçi deyib ki, bu gün Ukraynanın min kilometrlərlə məsafə qət edən uzaqmənzilli pilotsuz uçuş aparatları Rusiyanın ən dərin bölgələrində yerləşən hərbi obyektləri vurmağa qadirdir: “Bu o deməkdir ki, Rusiya artıq öz ərazisini tam təhlükəsiz hesab edə bilmir. Müasir müharibədə iqtisadiyyat da cəbhəyə çevrilib. Neft emalı zavodları, dəmir yolları, rabitə sistemləri və hərbi istehsal müəssisələri artıq legitim hərbi hədəf hesab olunur. Putin üçün əsas problem cəbhədə məğlubiyyətdən daha çox müharibənin uzanmasının yaratdığı yükdür.

Rusiya böyük insan resursuna malik olsa da, yüksək texnologiyalı silahların istehsalı üçün lazım olan komponentlərə çıxış əvvəlki qədər rahat deyil. Sanksiyalar dərhal nəticə vermir. Lakin uzunmüddətli perspektivdə onlar hərbi sənayenin inkişaf tempini aşağı salır. Üstəlik, pilotsuz aparatların kütləvi tətbiqi bahalı raket sistemlərinin üstünlüyünü müəyyən qədər neytrallaşdırmağa başlayıb. Hərbi baxımdan buna müsbət cavab vermək çətindir. Tarix göstərir ki, böyük dövlətlər qısa müddətdə təslim olmur. Hətta ağır itkilər belə siyasi rəhbərliyi dərhal danışıqlar masasına gətirmir.

Lakin başqa bir məqam var. Əgər həmin 40 gün ərzində Rusiya daxilində hərbi infrastruktur ciddi zərər görərsə, iqtisadi itkilər sürətlə artarsa, hərbi logistika pozularsa, beynəlxalq təzyiq güclənərsə, onda Kreml danışıqlara əvvəlkindən daha açıq yanaşa bilər. Bu isə müharibənin bitməsi deyil, yeni siyasi mərhələnin başlanğıcı demək olar”.

Siyasi şərhçi deyib ki, Rusiyanın nüvə silahından istifadəsi üçün əsas şərt Moskva və ya Sankt-Peterburqa dron zərbələri deyil: “Əsas hədd Rusiyanın Ukraynadakı hərbi cəbhəsinin çökməsi və Kremlin bunu hakimiyyət üçün ekzistensial təhlükə kimi qiymətləndirməsidir. Bu yanaşma müəyyən mənada Qərb ekspertlərinin qiymətləndirmələri ilə üst-üstə düşür. Çünki nüvə silahının tətbiqi Rusiyanın özü üçün də son dərəcə ağır siyasi və hərbi nəticələr doğura bilər.

Belə addım Rusiyanı beynəlxalq səviyyədə daha da təcrid edər və münaqişəni tamamilə yeni mərhələyə keçirər. Bir tərəfdə Rusiyanın hərbi potensialı, digər tərəfdə isə Ukraynanın Qərbdən aldığı texnologiyalar, maliyyə dəstəyi və kəşfiyyat imkanları dayanır. Buna görə də 40 günlük plan ilk növbədə psixoloji və strateji mesaj kimi qiymətləndirilə bilər. Ukrayna hələ də təşəbbüsü ələ almağa çalışır və müharibəni Rusiyanın daxilinə daşımaq niyyətindədir. Rusiyanın 40 gün ərzində sülhə məcbur ediləcəyini qəti şəkildə söyləmək mümkün deyil. Belə bir proqnoz hazırkı hərbi və siyasi reallıqlar fonunda əsaslandırılmış fakt kimi təqdim oluna bilməz.

Bununla belə, Ukraynanın uzaqmənzilli zərbə imkanlarının artması, Rusiyanın hərbi-logistika infrastrukturuna davamlı təzyiq və Qərbin dəstəyi müharibənin dinamikasına təsir göstərən mühüm amillərdir. Əgər qarşıdakı həftələrdə Ukrayna bu təzyiqi davam etdirə və Rusiya üçün hərbi-iqtisadi xərcləri artırmağa nail ola bilsə, Moskvanın danışıqlar mövqeyində dəyişiklik ehtimalı arta bilər. Ancaq bu, avtomatik olaraq müharibənin qısa müddətdə başa çatacağı anlamına gəlmir. Başqa sözlə, söhbət Putinin 40 günə məğlub edilməsindən yox, Kremlin strateji hesablamalarını dəyişməyə yönəlmiş yeni təzyiq mərhələsindən gedir. Geosiyasi proseslərin mürəkkəbliyi nəzərə alınarsa, müharibənin taleyini yalnız bir əməliyyatın və ya bir vaxt çərçivəsinin həll edəcəyini iddia etmək hələlik mümkün deyil”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 İyun 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri