Icma.az
close
up
RU
Rusiya üçün həlledici tarix: Putin ona arxayındır, Kiyev məcbur olacaq

Rusiya üçün həlledici tarix: Putin ona arxayındır, Kiyev məcbur olacaq

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Ukraynanın uzaqmənzilli raketlərlə Rusiya ərazilərinə hücumundan sonra Moskvanın gözlənildiyi qədər sərt cavab verməməsi diqqət çəkib.

Kiyevin ATACMS raketləri ilə ilk zərbəsinin ardından Kreml “Oreşnik” raket sistemi ilə Ukrayna ərazilərinə hücum həyata keçirdi. Rusiya şiddətli hücumdan sonra nüvə silahından istifadəni yenidən gündəmə gətirərək Qərbi təhdid etdi. Bir çox ekspert həm nüvə silahından istifadə, həm də yeni irimiqyaslı hücum ehtimallarını qeyri-real sayır. Kreml rəsmilərinin sərt açıqlamaları blef kimi dəyərləndirilir.

Gərgin vəziyyət fonunda Moskvaya hücum gözlənilə bilərmi? Nüvə təhdidi və dağıdıcı hücum bəyanatları doğrudanmı blefdir?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Kremlin mətbuat katibi Dmitri Peskov Prezident Vladimir Putinin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqlədiyini vurğuladı:

“Əslində bu, doğrudur. Rəsmi Moskva əvvəllər də oxşar açıqlamalar verib. Müharibə uzandıqca Rusiyanın da işi çətinləşir, beləliklə danışıqlara çalışır. Amma əsas səbəb bu deyil. Birincisi, Rusiya beləliklə, özünü dünyaya sülhpərvər kimi göstərmək və Qərbi ittiham etmək istəyir. Lakin təşəbbüs hələ də Moskvanın əlindədir, yəni şərtləri diktə edə biləcəyini yaxşı anlayır.

Kiyev isə Kremlin şərtləri ilə razılaşmır. Ukraynanın bu mövqeyində hazırkı ABŞ hökumətinin rolu böyükdür. Belə ki, müharibənin uzanmasını və beləliklə, Rusiyanın zəifləyib, idarə olunan hala gətirilməsini istəyən rəsmi Vaşinqton Ukraynaya sadəcə müqavimət məqsədli silah göndərərək onun döyüşləri davam etdirməsinə çalışır”.


Kənan Novruzov

Ekspertin sözlərinə görə, Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinin vurulmasına icazə verilməsi, həmçinin Putinin yenilənmiş nüvə doktrinasını təsdiqləməsindən sonra müharibə yeni fazaya daxil olub:

“Bu isə Kiyevlə Moskva arasında danışıqlar imkanını daha da azaltmaqla yanaşı, həm də mövcud gərginlik səviyyəsini artırır.

Digər tərəfdən, Donald Trampın ABŞ-ın yeni prezidenti kimi andiçməsindən sonra vəziyyət dəyişə də bilər. Mümkündür ki, Rusiya Prezidenti Vladimir Putin elə buna arxayındır. Çünki Ağ Evin Kiyevə dəstəyinin azaldılacağı gözlənilir. Beləliklə Rusiyanın ABŞ-dakı seçkilərin nəticələrindən məmnun qaldığını demək olar.

Perspektivdə ABŞ dəstəyi azaldar və ya tamamilə dayandırarsa, bu, Ukraynanı Rusiya ilə danışıqlara məcbur edə bilər. Belə olan halda isə iki mümkün variant var: ya Tramp hakimiyyətinin ilk vaxtlarından Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlara razı salacaq, ya da onu buna məcbur edəcək”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Noyabr 2024 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri