“Rusiya 5 il ərzində NATO üçün təhlükə yarada biləcək gücə çatacaq” Portolano
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya hərbi gücünü gözləniləndən daha sürətli şəkildə bərpa edir. Bu templə davam edərsə, beş il ərzində NATO ərazisinə birbaşa təhlükə yarada biləcək gücə çatacaq.
Bunu İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Luçano Portolano deyib.
O, bildirib ki, Moskva Ukrayna müharibəsində itirdiyi hərbi qabiliyyətləri yenidən bərpa edir və sürətlə güclənir.
Portolano mövcud beynəlxalq təhlükəsizlik mənzərəsinin NATO və Avropa İttifaqının etibarlılıq imkanlarını sınağa çəkdiyini, buna görə də ortaq cavabların verilməsinin zəruriliyini qeyd edib. O vurğulayıb ki, bu yalnız daha sıx beynəlxalq əməkdaşlıqla mümkün ola bilər.
O həmçinin İsrail və İran arasında baş verən qarşıdurmanın da İtaliyanın milli suverenliyini qorumaq üçün effektiv müdafiə və caydırıcı gücə malik olmasının vacibliyini göstərdiyini deyib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 16 İyul 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















