Rusiya Aerokosmik Qüvvələrinin zabitini güllələyiblər
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Engels şəhərində Rusiya Aerokosmik Qüvvələrinin zabiti Nikolay Varpaxoviç və onun sürücüsünə sui-qəsd cəhdi olub.
Bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, naməlum şəxs motosikletlə hərbçinin olduğu evə yaxınlaşıb.
Hücumu törətməkdə şübhəli bilinən şəxsin üzünün dəbilqə ilə gizlədildiyi qeyd olunur.
Bildirilib ki, hücum nəticəsində hərbçi xəsarət alıb, onun sürücüsü də güllə yarası alıb.
“Shot” Telegram kanalının məlumatına görə, zabit ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bir güllə onun üzünə, ikincisi isə bədəninə dəyib. Məlumatda bildirilir ki, hərbçi Saratova aparılıb.
Bu mövzuda digər xəbərlər:Beynəlxalq Aerokosmik Sərgi keçirilib
24 Aprel 2025 14:51
Rusiya Aerokosmik Qüvvələri baş komandanının müavini həbs edilib
26 Noyabr 2026 12:54
QHT Aerokosmik Modelçilik Festivalı keçirəcək
24 İyun 2025 14:11
Rusiya Trampın “Qızıl Qübbə” layihəsinə qarşı aerokosmik müdafiəni gücləndirir
30 May 2025 09:34
Rusiya Hərbi Dəniz Qüvvələrinin fiaskosu...
23 Dekabr 2025 19:28
Baxış sayı:122
Bu xəbər 03 Sentyabr 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















