Rusiya Trampın “Qızıl Qübbə” layihəsinə qarşı aerokosmik müdafiəni gücləndirir
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya ABŞ-nin Prezidentu Donald Tramp tərəfindən irəli sürülən “Qızıl Qübbə” adlı raketdən müdafiə sistemi (MD) layihəsinə cavab olaraq öz aerokosmik müdafiə potensialını gücləndirir.
Redaktor.az xəbər verir ki, bu barədə politoloq Dmitri Stefanoviç jurnalistlərə müsahibəsində bildirib.
Ekspertin sözlərinə görə, Rusiya bu sistemin tam analoquna malik olmasa da, aerokosmik müdafiə sahəsində mövcud imkanlarını genişləndirir.
O, həmçinin xatırladıb ki, Rusiya hələ 2018-ci ildən bir sıra yeni silah sistemlərini təqdim edib və onlardan bəziləri artıq silahlanmaya qəbul olunub. Bunlara hipersəs sürüşmə aparatı olan “Avangard” və daha mürəkkəb döyüş texnikası ilə təchiz olunan qitələrarası ballistik raketlər (ICBM) daxildir.
Dmitri Stefanoviç hesab edir ki, Trampın “Qızıl Qübbə” təşəbbüsünün əsas məqsədi ABŞ-nin hərbi gücünü nümayiş etdirməkdir. Onun sözlərinə görə, Tramp “güc vasitəsilə sülh” konsepsiyasına sadiq qalaraq, bu cür təşəbbüslərlə beynəlxalq arenada üstünlük nümayiş etdirməyə çalışır.
Moskvanın bu cür təşəbbüslərə qarşı cavab tədbirləri, xüsusilə də müdafiə sahəsində atdığı addımlar, yaxın gələcəkdə qlobal strateji sabitliyin formalaşmasında mühüm rol oynaya bilər.
Aytəkin TOFİQQIZI


