Rusiya Avropanın bəzi rəsmilərinə ölkəyə giriş qadağası qoydu Bəyanat
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
Rəsmi Moskva Avropa İttifaqının (Aİ) sanksiyalarına adekvat cavab verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir ki, sanksiyalarına cavab olaraq, İttifaqın bəzi rəsmilərinə Rusiyaya "giriş qadağası" tətbiq olunacaq:
"Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiya paketi qanunsuz və düşməncə hərəkətdir. Buna cavab olaraq, Rusiya tərəfi qarşı tərəfə sanksiya siyahısını əhəmiyyətli dərəcədə genişləndirib. Artıq Avropanın əksər qurumlarının, o cümlədən üzv dövlətlərin və Brüsselin anti-Rusiya siyasətinə imza atan bütün nümayəndələrinin Rusiyaya girişi mümkün olmayacaq".
XİN-in məlumatında sanksiya siyahısına daxil olan şəxslərin sayı və konkret adları verilməyib.
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 31 Oktyabr 2025 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















