Icma.az
close
up
RU
Tramp istədik, vermədilər dedi, vidalaşdı Bəyanat Avropanın taleyini dəyişəcək

Tramp istədik, vermədilər dedi, vidalaşdı Bəyanat Avropanın taleyini dəyişəcək

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında NATO ilə vidalaşdığını deyib. Tramp bunu Alyans ölkələrinin ABŞ-ın Qrenlandiyaya nəzarət etmək istəyinə qarşı çıxması ilə əsaslandırıb.

ABŞ prezidenti həmçinin müttəfiqlərin İrana qarşı aparılan müharibədə Vaşinqtona dəstək göstərməməsini də tənqid edib. O, NATO üzvlərinin bu addımını “heç vaxt silinməyəcək bir ləkə” adlandırıb.

Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Qrenlandiya məsələsində NATO ölkələri Danimarkanın mövqeyini müdafiə etdilər:

“Çünki həmin ada rəsmən Danimarkaya məxsusdur. Əgər Alyans ABŞ-ı dəstəkləsəydi, bu, NATO-nun prinsiplərinin pozulması demək olardı. Əslində, məhz bu zaman Alyans dağılmağa başlayacaqdı. Birinci ssenarinin nəticəsində  Danimarka birliyi tərk edərdi. Buna görə NATO prinsipial mövqe tutaraq Kopenhageni müdafiə etdi.”

NATO-nun baş katibi bütün bunlara baxmayaraq ortaq mövqe tutmağa çalışdı. Belə ki, ABŞ prezidenti inciməsin deyə Vaşinqtonun əlavə baza yerləşdirməsi üçün təkliflər irəli sürdü. Lakin Tramp bu təklifi qəbul etməyərək adanın birbaşa ABŞ-a verilməsini tələb etdi.


Elxan Şahinoğlu

Ağ Ev rəhbəri Alyansı hədələyir və İran müharibəsi fonunda ölkəsinin NATO-dan çıxacağını deyir. Lakin bu, elə də asan məsələ deyil. ABŞ prezidenti belə bir qərarı tək verə bilməz, Konqresin icazəsi lazımdır. Həmçinin Alyansdan çıxmaq çox uzun bir prosesdir. ABŞ ittifaqı tərk edərsə, Avropadakı bütün hərbi bazalarını bağlamalıdır. Bu isə Vaşinqtonun manevr imkanlarını azaldacaq.

Trampın belə açıqlamalar verməsinə baxmayaraq nəzərə almaq lazımdır ki, hələ 3 il prezident olaraq qalacaq. Yəni bu 3 ildə o, NATO-dan çıxmağa nail ola bilməyəcək. Buna bir yolla nail olsa belə, yerinə gələcək prezident yenidən ABŞ-ı Alyansa üzv edəcək”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Aprel 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri