Rusiya Azərbaycandan tədarük hesabına kartof idxalını artırmağı planlaşdırır
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Rusiyaya kartof idxalını Misir, Azərbaycan, Çin və Pakistandan tədarük hesabına artırmaq olar".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə "Rusprodsoyuz" Assosiasiyasının İdarə Heyətinin sədr müavini Dmitri Leonov bildirib.
Assosiasiyanın məlumatına görə, 2024-cü ilin yanvar-aprel aylarında Rusiyaya ərzaqlıq kartof idxalı 56,9 min ton təşkil edib. Bu dövrdə ən yaxşı tədarükçülər (Avrasiya İqtisadi Birliyi və İran istisna olmaqla) sırasına Misir daxil olub ki, Rusiyaya bütün kartof tədarükünün 85,3%-i bu ölkənin payına düşüb. Həmçinin bu sırada Azərbaycan, Çin və Pakistan da yer alıb.
"Məhsulun azalması ilə əlaqədar çatışmazlıq bu ölkələrdən kartofun tədarükü hesabına ödənilə bilər", - deyə Leonov qeyd edib.
Xatırladaq ki, daha Rusiya baş nazirinin müavini Dmitri Patruşev də artan tələbatı ödəmək üçün Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinə dost ölkələrdən kartof idxalı məsələsi üzərində işləməyi xahiş etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 18 Noyabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















