Icma.az
close
up
RU
Rusiya Azərbaycanı təhdid etməyə başladı: “Sadval kartı”nı ortaya atacaqlarmış…

Rusiya Azərbaycanı təhdid etməyə başladı: “Sadval kartı”nı ortaya atacaqlarmış…

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Rusiya arasında AZAL təyyarəsinin raketlə vurulması səbəbindən baş qaldırmış narazılıq, artıq təhdid şəklini almağa başlayıb. Tribunainfo.az xəbər verir ki, Kreml Bakının haqlı israrlarını görməzdən gəlməklə yanaşı, dolayısı ilə təhdid dilini dolayı yolla işə salmaqdadır.

Dünən Kremlə yaxın mənbənin dilindən açıqlama yayan “Nezygar” Teleqam Kanalı həmin təhdidlərin bir qismini yazı şəklində paylaşıb. Telegram kanalı Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycanın uğurlardan çox həvəsləndiyini iddia edib. Ardından isə təhdidləri ard-arda sıralayıb.

“Nezygar” bildirib ki, Rusiya Azərbaycanı ilk olaraq miqrantlarla sıxşdıra bilər. “Azərbaycanlı əmək miqrantlarının Rusiyadan vətənlərinə köçürmələri dayandırlarsa, büdcə kəsir artacaq. Çünki hər il Rusiyadan Azərbaycana 1 milyard dollardan çox pul köçürülür”.

Lakin teleqram kanalı Rusiyanın təhdidlərinin bununla yekunlaşmayacağını da qeyd edib. Kanalın iddiasına görə, Azərbaycan əsas ərzaq ehtiyaclarının 30 faizə qədərini Rusiyadan alır. “Əgər Rusiya bu məhsulların ötürülməsini dayandırsa, bir neçə ay ərzində Azərbaycanı iqtisadi çöküş həddinə çatdıra bilər”.

Rusiyanın bir başqa təhdidi isə Azərbaycanı Şimal-Cənub dəhlizindən çıxarmaqla bağlıdır. “Nezygar” Kremldəki mənbəsinə istinadən yazıb ki, Moskva həmçinin Azərbaycan neftinin Novorossiysk tranzit limanı vasitəsilə Avropaya tədarükünün dayandırılmasını da istisna etməyib.

Uzun illərdir Azərbaycana qarşı etnik separatizmdən istifadə edən, bunun üçün milyonlar xərcləyən Rusiya, məsələni yenidən təhdid şəklində dilə gətirməkdən də çəkinməyib. Sözügedən kanal bu barədə yazıb ki, Rusiya “ləzgi problemi” adlanan məsələ ilə bağlı siyasətinə yenidən baxa bilər. “Söhbət Dağıstan əraziləri ilə həmsərhəd olan Azərbaycanın şimalında yaşayan 100 minə yaxın “qubalı” ləzgidən gedir. SSRİ dövründən (1965) azərbaycanlı ləzgilər Rusiya ləzgiləri ilə vahid Ləzgi SSR-də birləşməyi tələb ediblər. Rusiya bu məsələni qaldıra və “Sadval”a münasibətini dəyişə bilər”.

P.S. Rusiyanın bu tip şantajlardan istifadə etməsi ilk deyil. Buna qədər də üzdə dost və müttəfiq olmasını deməsinə baxmayaraq, hər zaman Azərbaycana qarşçı təxribatlara start verəcək qədər etibarsız olduğunu nümayiş etdirib. Lakin Moskva bu günün şərtləri çərçivəsində etdiyi təhdidləri reallaşdıracaq gücdə deyil. Əvvəla, Bakını Şimal-Cənub dəhlizindən kənarlaşdırmaq, Azərbaycana yox, Rusiyaya ciddi ziyan vuracaq. Çünki analoji yolun Ermənistan üzərindən keçirmək üçün ona ən azı 5 il və 6-7 milyard dollar pul lazımdır. İndiki durumunda ruslar bu qədər vəsaiti tapacaq gücdə deyillər.

Bəli, Novorossiysk limanını Bakının üzünə bağlamaq olar. Amma bu o demək deyil ki, Azərbaycan həmin liman olmadan Avropaya neft tədarük edə bilməyəcək. Əksinə, bizim ondan da güclü ötürücülük qabiliyyətinə malik BTC kəmərimiz var.

Sadval” məsələsinə gəldikdə isə ruslar bu məsələdə də ciddi yanılırlar. Əvvəla, Azərbaycanda yaş.ayan ləziglər Azərbaycanın tərkibində problemsiz, heç bir sıxıntı çəkmədən yaşayır və bu ölkəyə sıx bağlıdırlar. Bunu Vətən Müharibəsi də bir daha təsdiqlədi. Həmin döyüşçlərdə minlərlə ləzgi oğlu fədakarlıq və rəşadətlə döyüşərək, Şəhid verdilər. Vətənin bütövlüyü, suverenliyi üçün canlarından keçdilər. Onların rusların 5-6 mənasız və heç bir perspektiv vəd etməyən sözlərinə aldanaraq, Azərbaycanın mərkəzi hakimiyyətinə qarşı çıxmaları nəinki mümkün deyil, heç real da deyil. O səbəbdən də rusların bu fikirlərinə bişmiş toyuğun belə  gülməyi gəlir. Ona görə də, rusların bu təhdidləri boğazdan yuxarı deyilmiş fikir olmaqla yanaşı, həm də çarəsizliyin göstəricisidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 Fevral 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri