Icma.az
close
up
RU
Bakı metrosunda faciələr: Erməni terrorizmi və Sadval separatçıları…

Bakı metrosunda faciələr: Erməni terrorizmi və Sadval separatçıları…

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

"Böyük Ermənistan " dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları - 1887-ci ildə yaradılmış "Armenakan”, sonradan "Hnçak» və "Daşnaksütyun” partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiya-larından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşdular .

İnsanlığın əleyhinə olan həmin sənədlər planlı şəkildə həyata keçirildə və hazırda davam etməkdədir. Bu gün ki, yazımızda məqsəd erməni terrorunun qanlı nümunələrindən biri olan və Azərbaycanda metro faciələri kimi tarixə düşən həmin teraktlar haqqında oxucularımıza məlumat verməkdi.


Adalet.az xəbər verir ki, 31 il əvvəlin bu günü-1994-cü il martın 19-da saat 13.00 da qatar stansiyada dayandığı zaman, birinci vaqonda kustar üsulla hazırlanmış və saat mexanizmi ilə təchiz edilmiş partlayıcı qurğu işə düşüb. Baş vermiş partlayış nəticəsində 14 nəfər dünyasını dəyişmiş, 49 nəfər yaralanmışdı. Həlak olanların arasında Azərbaycan Respublikasının Xalq Artisti Rafiq Babayev da olub.
İstintaq nəticəsində, "Sadval" separatçı təşkilatının üzvləri həbs olunub, istintaq zamanı məlum olub ki, terrorçular Ermənistan respublikasının xüsusi xidmət orqanları ilə sıx əlaqədə olaraq Ermənistanda olmuş və orada onlara xüsusi təlim keçilmişdir.
Terror aktının icrasında və təşkilində iştraka görə, Azərbaycan respublikasının hüquq mühafizə orqanları tərəfindən 11 nəfər həbs olunmuş, onlardan ikisi barəsində məhkəmə güllələnmə hökmü çıxarmış, digərləri isə müxtəlif müddətli həbs cəzasına məhkum olunmuşdular.
Məhkəmə metrostansiyada törədilmiş terror aksiyasının Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlandığını, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib.
"Sadval" separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi Təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.
1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib.
İstintaq zamanı müəyyən edilib ki, təxribatçılar təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar.
"20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.
Yenə həmin il – 1994-cü il iyulun 3-də Bakı metrosunun "28 may” və "Gənclik” stansiyalarının arasında qatarda partlayış

törədilib.

Bu hadisədə 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.
Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəni də Ermənistanın xüsusi xidmət orqanlarının təşkil etdiyini bildirir. Rəsmi versiyaya görə Ermənistan xüsusi xidmət orqanları bir Azərbaycan vətəndaşını məxfi əməkdaşlığa cəlb edərək onu metronu partlatmaq tapşırığı ilə Bakıya göndərib.
Bu iki partlayışda ümumilikdə 27 nəfər həlak olub, 91 nəfər yaralanıb.
Amma Bakı metropolitenində ən böyük insan itkisi 1995-ci il oktyabrın 28-də baş verib. Həmin gün metronun "Ulduz” və "Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb.
Yeri gəlmişkən, tarixdə ilk dəfə olaraq yeraltı nəqliyyatda terror aktı Moskva metrosunun "İzmaylovo” və "Pervomayskaya” açıq stansiyaları arasında hərəkət edən qatarda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində 7 nəfər ölüb, 32 nəfər yaralanıb. Əldəqayırma bombaya armatur qırıqları və müxtəlif dəmir əşyalar doldurulmuşdu. Hadisəni törətməkdə təqsirli bilinən 3 erməni terrorçu - Akop Stepanyan, Stepan Zatikyan və Zaven Baqdasaryan SSRİ Ali Məhkəməsinin hökmü ilə güllələnib. Cinayət işinin üzərindən bu gün də məxfilik qrifi götürülməyib. Hadisənin nə məqsədlə törədildiyi bu gün də ictimaiyyətə naməlumdur. Sovet mətbuatı bu hadisə barədə 3 gün sonra məlumat yayıb.

Əntiqə Rəşid

(Yazarın arxivi-2021)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Mart 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri