Icma.az
close
up
RU
Rusiya Azərbaycanı Türkiyədən “vurmağa” başladı KONKRET

Rusiya Azərbaycanı Türkiyədən “vurmağa” başladı KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Qəbələdə çəkilən fotosu yenidən gündəm olub. Belə ki, TDT-nin Zirvə Görüşündə liderlərin qol-qola, çiyin-çiyinə və mehriban şəkildə söhbətlərini əks etdirən görüntülər hər iki ölkə mediasında, həmçinin sosial şəbəkələrdə qısa zamanda geniş yayılıb. Bunun fonunda Türkiyədə son vaxtlar müşahidə olunan Azərbaycan əleyhinə təbliğatın davam etməsi də diqqətdən kənar qalmır.

KONKRET.az xəbər verir ki, Dünya Türkiyat Dərnəyinin sədr müavini, jurnalist və yazar Selçuk Düzgün “globalinfo”ya müsahibəsində bunun alt qatlarına toxunub.

Sitat: “Türkiyədə dost və qardaş ölkə Azərbaycanla münasibətlərin pozulmasında maraqlı olan müxtəlif qruplar var. Türkiyədə xarici kəşfiyyat orqanları tərəfindən idarə olunan xeyli sayda erməni, yəhudi və yunan var ki, gizli fəaliyyət göstərərək bu münasibətlərə zərbə vurmaq üçün əlverişli məqamı gözləyir. Onların arasında erməni-yahudi qarışığı olan pakradunilər xüsusi qeyd olunmalıdır. İki qardaş dövlətin münasibətlərinin tarixi zirvəyə çatdığı və türkdilli dövlətlərin əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi indiki zamanda onların İsrail mövzusu ilə zaman-zaman aktivliyinin şahidi oluruq”.

Bəs bu qüvvələri neytrallaşdırmaq niyə mümkün olmur? Səbəb nədir?

Əkbər Qoşalı deyib ki, Azərbaycan-Türkiyə birliyi təkcə siyasi maraqlar və geopolitik reallıqlar üzərində qurulmayıb, həm də dərin mənəvi bağlara əsaslanır:

“O qardaş ölkələr ki, epik və ya epos təfəkkürü, elat mədəniyyəti, böyükçöl estetikası, yaylaq-qışlaq həyatı da daxil olmaqla, necə deyərlər, göyüzündən tutub yerlərə, yerlərdən göylərə qədər bir ruhu paylaşır – bunu səmimi ürək, düşüncə və vicdanla qorumaq borcumuzdur”.

Ə.Qoşalının sözlərinə görə, hər iki ölkənin daxilindəki məkrli gücləri gözardı etməmək şərti ilə, münasibətləri daha da doğmalaşdırmaq yönündə inamlı addımlar atılmalıdır:

“Burda ən əsas və həssas məsələ odur ki, hər iki ölkə lideri – cənab Ərdoğanla cənab Əliyev arasında münasibətlər yüksək səviyyədir. Qəbələ Zirvəsində bunu bir daha hər kəs gördü. Bəlkə də düşmənlər, Türk dünyasının inteqrasiyanı gözü götürməyənlər bu mənzərədən daha da rahatsız olub, gizli-aşkar fəaliyyətlərini bir qədər də gücləndirirlər. Bu mərhələni təmkin və təfəkkürlə adlamalıyıq. Hər iki ölkənin mediası, özəlliklə də Türkiyə mediası gərək bu məsələlərdə maksimum ehtiyatlı və diqqətli olsun. Çünki Türkiyə mediası daha qlobal, daha böyük auditoriyaya xitab edir. Bu üzdən də miqyas böyüklüyünü məsuliyyət böyüklüyü ilə tarazlamaq, balanslamaq öhdəliyinin olduğini düşünürəm”.

Ekspert vurğulayıb ki, son 15-16 ildə Ankara-Bakı münasibətlərini zədələmək üçün qollarını çirmələyən qüvvələr niyyətlərinə çata bilmədilər:

“Hər iki ölkə prezidentinin müdrik və təmkinli davranışı Türkiyə ilə Azərbaycanın arasındakı qardaşlığı, müttəfiqliyi zəiflətmək istəyənlərə qüvvətli cavabdır. Bu yaxınlıq “Şuşa Bəyannaməsi” kimi əvəzsiz sənədlə möhürlənmiş oldu”.

Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, məsələ ilə bağlı ciddi araşdırmalar var:

“Onların nəticələri göstərir ki, Azərbaycana qarşı başlayan dezinformasiya ölkə imicinin sıfırlanmasına hədəflənib. Bu dövrün 2020-2023-cü ilə aid hissələrindən daha çox erməni (Qərb və digər MDB ölkələri, Yaxın Şərq, Türkiyə, İsrail) və İran mənşəli mərkəzlərdən istehsal edilən dezolar görürdüksə, artıq ötən ilin dekabrından ölkəmizə qarşı hücum mərkəzlərinin koordinasiyası Rusiyaya keçib. AZAL-a məxsus mülki təyyarənin vurulması ilə Azərbaycanın Rusiyaya dair sərgilədiyi haqlı mövqedən sonra bütün anti-Azərbaycan qüvvələri serverlərini bu ölkədən idarə edərək ümumi fona qarışıb və hücum selini gücləndirməyə davam edirlər. Diqqətlə baxsaq, son dəfə 7 oktyabr – HƏMAS-İsrail savaşının 2-ci ildönümündə bir neçə mediada, əsasən Böyük Britaniyada fəaliyyət göstərən xəbər agentlikləri – eyni anda İsrailə dəstək olaraq Azərbaycanda bayraqların yarıya qədər endirilməsi ilə bağlı xəbərlər yayıdılar. Bu informasiyalara xüsusi dəstək isə UK Report, The Porte, GlobalNews JNW, Al Jazeera və digər agentliklərdə yer alıb. Dərhal sözügedən məlumatlar Türkiyə mediasına ötürülərək, onların bu mövzuda həssas nöqtələrinə toxunulub və bütün türk ictimaiyyətində böyük anti-Azərbaycan dalğasına səbəb olublar”.

Ekspert vurğulayıb ki, burda əsas məqsəd Azərbaycanının imicini və “nation branding”ini qardaş türk xalqının gözündən salmağa hesablanıb:

“Eyni zamanda, ərəb dünyasında da eyni xəbərlər başlığa daşınaraq İslam düşməni, şiə olub İsrailə dəstək olan və sair kimi ifadələrlə damğalanıb. Göründüyü kimi, İsraildən də bu prosesə dəstək olan müəyyən media qrupları var. Əsas məsələ, Azərbaycanı sıradan çıxarmaq mümkün olsa, dünən Qəbələdə ölkə rəhbərinin elan etdiyi (2026-cı ildə vahid hərbi layihə) planlara mane olmaq və ölkəni türk dünyasında, İslam aləmində, regionda sıradan çıxarmaqdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri