Icma.az
close
up
RU
Azərbaycanın turizm bazarı aktivləşib AÇIQLAMA

Azərbaycanın turizm bazarı aktivləşib AÇIQLAMA

Iqtisadiyyat saytına istinadən Icma.az xəbər verir.

"COVİD pandemiyasından sonra turizm sektoru bərpa dövrünü keçir".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə aktivlik müşahidə edilir və 25 faizə yaxın artım var: "Bu hal hotellərin doluluğuna da müəyyən qədər təsir edir. Ancaq hələ ki, turizm sektoru 2019-cu il səviyyəsinə çatmayıb. Növbəti illərdə turizm sektorunun tamamilə bərpa olunacağı gözlənilir. Bu ilin sonuna qədər də güman ki, rəqəmlər əvvəlki illərə nisbətən daha yaxşı olacaq".

"Azərbaycanın hava məkanı açıqdır, uçuş nöqtələrinin sayı artırlır və vizalar asanlaşır. Bu tədbirlər Azərbaycana daha çox turistin gəlməsinə şərait yaradacaq. Azərbaycandan xaricə gedən turistlərin sayında da artım müşahidə olunur. 2019-cu ildə Azərbaycandan xaricə 5.5 milyon gediş olmuşdu və bunların da təxminən 4.9 milyonu turizm məqsədi daşıyıb. Keçənilki göstərici təxminən 1.7 milyon idi. Hazırda da 2 milyona yaxın Azərbaycandan xaricə getmə var, yəni bu sahə də bərpa olunur", - mütəxəssis söyləyib.

C.Aşurov vurğulayıb ki, paralel olaraq Azərbaycana gəlmə daha sürətlə bərpa olunur: "Bunun səbəblərindən biri də xarici turizm bazarlarında qiymət artımıdır. İnflyasiya və turpaketlərin qiymətlərinin artması da getmə turizminə öz təsirini göstərib. Çünki dünya bazarında da turist başına düşən orta xərclər 50 faizə qədər artıb. Ona görə də son illərdə daxili turizm bazarı daha aktivləşib".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://iqtisadiyyat.az
archiveBu xəbər 05 Noyabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see278

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see264

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see260

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see248

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see233

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see232

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see231

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see227

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see226

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see225

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see217

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see217

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see210

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see210

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see209

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see205

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see201

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see196

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see196

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri