Icma.az
close
up
RU
Rusiya Əsədi Suriyaya təhvil verəcək? AÇIQLAMA

Rusiya Əsədi Suriyaya təhvil verəcək? AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Suriya Prezidenti Bəşər Əsədin ölkədən Rusiyaya qaçması ilə Əsəd rejimi devrilmiş oldu. Bunun ardınca suriyalı müxaliflər Dəməşqdə gizli dörd mərtəbəli yeraltı həbsxana və işgəncə yerləri aşkar ediblər. Bu da Əsədin xalqına zülm verdiyi və cinayətkar olduğunun göstəricisidir. Çox güman ki, qarşıdakı vaxtlarda Suriyanın yeni hakimiyyəti Əsədin ölkəyə gətirilib mühakimə olunması üçün hüquqi prosedurlara başlayacaq. Hətta bunun üçün Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə əməkdaşlıq da oluna bilər.

Bəs bu zaman Rusiya Bəşər Əsədi BCM-ə və ya Suriyaya təhvil verə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Murad Sadəddinov bildirdi ki, Bəşər Əsədlə bağlı axtarışlar olsa da, Rusiya onu Suriyaya təhvil verməyəcək:

"Bəşər Əsədin Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi ilə bağlı fikirlər məncə qeyri-mümkün görünür. Ona görə ki, birincisi, Rusiyanın özünün Beynəlxalq Cinayət Məhkəməsi ilə problemləri var. Rusiya hər hansı bir qurumla əlaqə qurmaq və yaxud danışıqlar aparmaq niyyətində deyil. İkincisi, Suriya Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil. Buna görə orada bu məsələ müzakirə mövzusu deyil. Çox güman ki, bu günləri Suriyada yeni hökumət ya xüsusi komissiya, ya da qurum yaradacaq. Əsəd rejiminin öz xalqına qarşı işgəncə, cinayətlər kimi zorakılıq və haqsızlıqlar araşdırılacaq. Çox güman ki, məhkəmələr keçiriləcək və nəticə etibarı ilə Əsədlə bağlı axtarış elan olunacaq. Ondan sonra Suriyanın yeni hökuməti Bəşər Əsədin verilməsinə görə Rusiyaya müraciət edə bilər. Ancaq hesab edirəm ki, Rusiyanın bugünkü hökuməti Bəşər Əsədi Suriyaya verməyəcək".

Politoloqun sözlərinə görə, tarix boyu bu cür hadisələr yaşanıb. Buna görə də Əsədin taleyinin nə olacağı məlum deyil.

"Tarixdən bir hadisəni nümunə gətirmək istəyirəm. Belə bir hallarda əgər hansısa bir dövlət cinayətkarı, başqa dövlətin tələbi ilə vermirsə, o demək deyil ki, bu, sona qədər davam edəcək. Vaxtilə SSRİ-nin himayəsi altında olan Almaniya Demokratik Respublikasının rəhbəri Erik Xoneker insanların Qərbi Almaniyaya sərhədi keçməsinə görə sərhəd qoşunlarına atəş əmri verməsində ittiham olunmuşdu. Bunun nəticəsində yüzlərlə insan həyatını itirmişdi. Bu ittiham ilə bağlı cinayət işləri qaldırılmışdı və o zaman Sovet İttifaqının rəhbəri Qorbaçov Erik Xonekeri Moskvaya yerləşdirmişdi və ona sığınacaq vermişdi. Qərbi Almaniya tərəfi onu tələb etməsələr də Qorbaçovdan sonra hakimiyyətə gələn Boris Yeltsin Xonekeri Almaniyanın hüquq-mühafizə orqanlarına təhvil vermişdi. Yəni tarix göstərir ki, bu cür hadisələr baş verir və dəqiq danışmaq həmişə tezdir", - deyə Murad Sadəddinov qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Dekabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri