Icma.az
close
up
RU
“Rusiya Azərbaycanla dost olmağa möhtacdır!” Elman Nəsirov

“Rusiya Azərbaycanla dost olmağa möhtacdır!” Elman Nəsirov

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

“Əvvəla onu qeyd edim ki, haqqında bəhs olunan sənəd Azərbaycan parlamentində ratifikasiya olunmayıb. Sənəd ratifikasiya olunanda gücü dəfələrlə artır. Müqayisə üçün, 2021-ci ilin 10 iyun tarixində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsi müvafiq olaraq, hər iki ölkə parlamentlərində ratifikasiya olunub”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. O, bildirib ki, Rusiyanın son zamanlar etdikləri strateji müttəfiqlik münasibətlərinə qətiyyən uyğun gəlmir:

“2022-ci ilin fevralında Azərbaycan və Rusiya münasibətlərinin səviyyəsi ən yüksək həddə çatdı. Yəni Müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzalandı. Biz münasibətlərimizi strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldırdıq. Bu o deməkdir ki, fundamental məsələlərdə biz ortaq mövqedən çıxış edirik və qarşılıqlı öhdəliklər götürmüşük. Xüsusən qeyd etdiyim kimi, birtərəfli yox, qarşılıqlı. Ancaq məsələ burasındadır ki, müqavilə o zaman işlək vəziyyətdə olur ki, hər iki tərəf ona hörmətlə yanaşsın. Amma keçən ilin dekabrın 25-də Azərbaycanın mülki təyyarəsinin Rusiya səmasında vurulmasında sonra münasibətlərimizdə ciddi gərginlik yarandı. Bu cinayətə imza atmış canilər, indiyə qədər də azadlıqda gəzirlər. Bunun ardınca azərbaycanlı millət vəkilinin Moskva hava limanından deportasiya edilməsini gördük. Ardınca isə Azərbaycana qarşı Rusiya tərəfindən kiberhücumlar həyata keçirilməyə başladı. Bu heç bir halda müttəfiq davranışı deyil, qeyri-dost davranışıdır. Nəhayət, iyun ayının 27-də Yekatrinburq şəhərində Azərbaycan icmasının üzvlərinə qarşı törədilmiş cinayət və cinayətin miqyasının həddən artıq böyük olması. Bu cinayəti törədənin ayrı-ayrı kriminal elementlər deyil, dövlət strukturları tərəfindən edilməsi, əslində oradakı soydaşlarımızın da asayişi, təhlükəsizliyini təmin etməli olan qüvvələr həyata keçirdi. Belə olan vəziyyətdə təbii ki, münasibətlərdə son dərəcə ciddi böhran yaşandı. Bu gün Azərbaycan-Rusiya münasibətləri ciddi siyasi və diplomatik böhran səviyyəsindədir. Bütün məsuliyyət isə göründüyü kimi qarşı tərəfin üzərinə düşür. Bu kimi davranışlar bizim strateji müttəfiqlik münasibətlərimizə uyğun gəlmir. Əvvəla onu qeyd edim ki, haqqında bəhs olunan sənəd Azərbaycan parlamentində ratifikasiya olunmayıb. Sənəd ratifikasiya olunanda gücü dəfələrlə artır. Müqayisə üçün, 2021-ci ilin 10 iyun tarixində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsi müvafiq olaraq, hər iki ölkə parlamentlərində ratifikasiya olunub”. Pepperoni pizza

Millət vəkili vurğulayıb ki, Rusiya münasibətlərin yenidən bərpa edilməsini istəyirsə, 4 əsas məsələ ilə bağlı konkret addımlar atmalıdır:

“İlk növbədə, 2 nəfər soydaşımızın qətlinə bais olan həmin paqonlu cinayətkarlar həbs edilməlidir. Qanun aliliyi təmin edilməli və Rusiya tərəfindən Azərbaycana xeyirxah jestlər edilməlidir. Biz görməliyik ki, qarşı tərəf dərk edir ki, Azərbaycanla bu dildə danışmaq olmaz. Kim ki Azərbaycanla güc dili ilə danışmaq istəyir, bir Azərbaycanın yerləşdiyi coğrafiyaya baxsın. Görsün ki, Azərbaycan özü hansı gücə malikdir və Azərbaycanın necə güclü müttəfiqləri var. Rusiyanın Azərbaycana çox böyük ehtiyacı var. Rusiya Azərbaycanla dost olmağa möhtacdır. Çünki Cənubi Qafqaz regionu çox əhəmiyyətli regiondur və burada yeganə dövlət Azərbaycandır ki, Rusiya ilə analoji sənədi imzalayıb və bu sənədə tam sadiqdir. Eyni fikri Gürcüstan haqqında demək olmaz. Mahiyyət etibarı ilə, Gürcüstan qərbyönülmü siyasət yürüdür. Ermənistan da tam qərbyönümlüdür. Heç kəsə sirr deyil ki, KTMT-də fəaliyyətini donduran, ora üzvlük haqqı verməyən, Avropa İttifaqına üzvlük üçün çox ciddi sənədlər hazırlayan bir dövlət qərbyönümlüdür. Bu reallıqda yeganə dövlət Azərbaycandır ki, Rusiya ilə strateji tərəfdaşlıq sənədi imzalayıb və dostluq münasibətlərinə sadiqdir. Belə bir dövləti itirmək nə dərəcədə Rusiyanın mənafeyinə uyğundur? Qətiyyən uyğun deyil, əksinə, ziyandır. Rusiya əvvəlki münasibətlərin bərpasını istəyirsə, ilk növbədə həmin mülki təyyarəmizin vurulmasına cavabdeh olan canilər dərhal cəzalandırılmalıdır. İkincisi, tam aydınlıq gətirilməlidir ki, azərbaycanlı deputat hansı səbəbdən deportasiya edildi. Üçüncüsü, Azərbaycana qarşı kiberhücumlar reallaşdırıldı və xeyli maddi-mənəvi ziyan dəydi. Bütün bu reallıqları qoy Rusiyanın müvafiq kəşfiyyat orqanları üzə çıxarsın. Nəhayət, dördüncüsü və ən dəhşətlisi Yekatrinburqda baş verən son cinayət hadisədir ki, həmin cinayətdə əli olanlar üzə çıxarılmalıdır. Bu adamlar cəzasını almalıdır. Rusiya rəhbərliyi səviyyəsində bu məsələyə aydınlıq verilməlidir”.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 İyul 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri