Icma.az
close
up
RU
Elman Nəsirov: “Rusiya gözünün içinə qədər yalan danışır”

Elman Nəsirov: “Rusiya gözünün içinə qədər yalan danışır”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Son dövrlər Rusiyanın Azərbaycana qarşı total şəkildə informasiya müharibəsinə başladığı da diqqətdən yayınmır.

Z kanalları gecə-gündüz Azərbaycana qarşı şər, iftira və hədyanlar səsləndirirlər. Elə bir ictimai rəy formalaşdırmağa çalışırlar ki, guya onların hədəfi Azərbaycan xalqı deyil, xalq ilə münasibətlər yüksək səviyyədədir. 

Onların hədəfi Azərbaycan hakimiyyətdir. İddia edirlər ki, bu hakimiyyət guya Qərblə əməkdaşlıq etdiyindən, bu da Rusiyanın maraqlarına zidd olduğundan, Rusiya təzyiqləri artırıb. Gözlərinin içinə qədər yalan danışırlar!” 

Bunu “Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, hazırda Rusiya-Azərbaycan münasibətləri siyasi və demokratik böhran dövrünü yaşayır: 

“Heç kəsə sirr deyil ki, son zamanlar Rusiya-Azərbaycan münasibətləri həm siyasi, həm də demokratik böhran dövrünü yaşayır. Bu vəziyyətə görə məsuliyyət birbaşa Rusiyanın üzərinə düşür. Hələ indiyədək Azərbaycana məxsus mülki təyyarəni vuraraq 38 nəfərin həyatına son qoyan şəxslərdən heç biri cəzalandırılmayıb. 

Elə bir nümunə yoxdur ki, bu dəhşətli cinayətə görə kimsə məsuliyyətə cəlb edilsin. Buna baxmayaraq, hələ də “biz strateji müttəfiqik” deyirlər. Strateji müttəfiqlik belə olur? 

Azərbaycan həmişə fundamental məsələlərdə Rusiyanın yanında olub. Azərbaycan heç vaxt Qərbin Rusiya əleyhinə tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Hətta münasibətlərin müttəfiqlik səviyyəsinə qalxmasına belə etiraz etməyib, əksinə, bu siyasəti dəstəkləyib. Bəs qarşılığında biz nə görürük? 

Əksinə, məhz müttəfiq olduğumuzdan bu ağır cinayətə imza atanlar dərhal cəzalandırılmalıydı. Azərbaycandan üzr istənilməli və lazımi səviyyədə kompensasiya ödənilməliydi. Amma ən önəmlisi odur ki, cinayətkarlar hələ də cəzasız qalıb və azadlıqda gəzirlər. Bundan sonra Azərbaycan-Rusiya münasibətləri necə olmalıdır? Təbii ki, soyuq.  Münasibətlərdə böhran yaşanmalıdır və bu böhranın bütün məsuliyyəti rəsmi Moskvanın üzərinə düşür”.

Elman Nəsirov bildirib ki, Rusiya Azərbaycanın daxilində “5-ci kolon”u hərəkətə gətirməyə çalışır, amma bu arzuları gözlərində qalacaq: 

“Dünyada Azərbaycan dövləti və Prezident İlham Əliyev qədər balanslı, çoxvektorlu siyasət yürüdən ikinci bir lider tapmaq çətindir. Rusiya hazırda 50-dən çox Qərb ölkəsi ilə müharibə vəziyyətindədir. Amma Azərbaycan heç bir zaman Rusiya əleyhinə addım atmayıb. 

İndi isə Rusiya Azərbaycanın daxilində həmişə istədiyi və arsuzunda olduğu o "5-ci kolon"u hərəkətə gətirməyə çalışır. Məqsədi isə iqtidara qarşı etimadsızlıq mühiti yaratmaqdır. Lakin bu arzuları gözlərində qalacaq! Məsələ bundadır ki, Azərbaycan nə Ermənistan, nə də Gürcüstandır.

Azərbaycan güclü dövlətdir, qalib dövlətdir! Azərbaycanın güclü lideri var. O lider ki, dünya miqyasında məhz nəhəng bir siyasi lider kimi qəbul edilir. Azərbaycanın güclü ordusu, vətəndaş həmrəyliyi və səfərbər olunmuş cəmiyyəti var.

Xalq və hakimiyyət birliyi bu gün hər zamankından da monolit və möhkəmdir. Azərbaycan xalqı tarixi zəfərin müəllifi olan Prezidentinin ətrafında hər zaman olduğundan daha güclü birlik nümayiş etdirir. Biz güclüyük, çünki birlikdəyik. Bu gün “dəmir yumruğa” çevrilmiş xalqımız öz müzəffər Prezidentini hər bir addımında dəstəkləyir”.

O qeyd edib ki, Azərbaycanın güclü müttəfiqləri var və Rusiya bu reallığı düzgün qiymətləndirməlidir: 

“Azərbaycanın güclü müttəfiqləri var. Türkiyə kimi NATO-nun ikinci ən güclü ordusuna sahib ölkə bizim strateji tərəfdaşımız və qardaş ölkədir. Müsəlman dünyasında yeganə nüvə silahına malik dövlət olan Pakistan da bizim qardaş ölkəmizdir. 

Bu səbəbdən Rusiyanın bəzi siyasi dairələri anlamalıdır, Azərbaycan elə coğrafiyada yerləşir ki, onu itirmək Rusiya üçün çox ciddi geostrateji fəlakətlə nəticələnə bilər. Mən Rusiyaya bunu arzulamazdım. 

Onsuz da Rusiyanın Ermənistanla münasibətləri gərgindir. Gürcüstanla da münasibətləri çoxdan gərgin vəziyyətdədir. Gürcüstan yalnız bəzən situasiyanı nəzərə alıb, Rusiyaya müəyyən jestlər edə bilər, əslində isə qərbyönümlü siyasət yürüdür. 

Belə bir vəziyyətdə Rusiya ilə dostluq siyasətinə sadiq qalan Azərbaycanı da düşmənə çevirmək, ona qarşı informasiya müharibəsinə başlamaq, ideoloji müharibə etmək, düşmənçilik ritorikası qurmaq bağışlanmazdır. 

Bu, rəsmi Moskvanın bağışlanmaz səhvidir və bunun hansı nəticələrə, hansı geosiyası fəlakətlərə səbəb ola biləcəyini hesablamaq elə də çətin deyil. Rusiyadakı sağlam başlar bu gün anlamalıdırlar ki, Azərbaycanla münasibətləri korlamaq olmaz. Əks halda, bu, Rusiya üçün çox böyük geosiyasi uğursuzluqları labüd edə bilər”. 

Elman Nəsirov vurğulayıb ki, Azərbaycanla təhdid dili ilə danışmaq və münasibətləri daha da gərginləşdirmək Rusiya üçün ciddi nəticələr doğura bilər: 

“Rusiya bu gün Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində sistemli, ardıcıl və intensiv addımlar atmalıdır. İlk növbədə Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxslər cəzalandırılmalıdır. 

Əgər bu baş verərsə, təbii ki, münasibətlərdə yeni bir reallıq yaranacaq və Moskva-Bakı münasibətlərinin əvvəlki yüksək səviyyəyə qayıdışı mümkün olacaq. Bu halda Rusiya uduşlu vəziyyətdə olacaq. 

Amma Azərbaycanla düşmən dilində danışmaq, hədələmək çox ciddi fəlakətlərə yol aça bilər. Bu gün Rusiya barmağını Azərbaycana tuşlayıb hədələyir. Amma bilməlidir ki, bir barmağını Azərbaycana tuşlayıbsa, digər üç barmaq avtomatik olaraq özünə qarşı yönələcək!" 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Elman Nəsirov Rusiya Azərbaycan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyul 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri