Icma.az
close
up
RU
Rusiya Bakıya təzyiqi artırır ŞƏRH

Rusiya Bakıya təzyiqi artırır ŞƏRH

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil

“Rusiyanın Kiyevin mərkəzinə hücumları müharibə cinayətidir və daha ağır sanksiyalar tətbiq olunmalıdır. Dinc insanları, səfirlikləri hədəfə alanlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”

Rusiyanın ötən gecə Kiyevə endirdiyi raket zərbəsi nəticəsində "İskəndər" tipli raketin qəlpələri Azərbaycanın Ukraynadakı səfirliyinin binasına düşüb. Raket diplomatik nümayəndəliyin ərazisinə düşərək böyük bir çat yaradıb və divarı qismən dağıdıb. Pəncərələr sınıb, diplomatların maşınlarına isə ziyan dəyib. Ukrayna hakimiyyəti ziyanı qiymətləndirir. Səfirlik işçilərindən heç biri xəsarət almayıb. Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Kiyevdəki səfirlik ərazisinə raket zərbəsi ilə bağlı etiraz notası təqdim edilib.

Son partlayış nəticəsində səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırlanıb. Xüsusilə, 2022-ci il 10 mart tarixində Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğunun binasına aviazərbə nəticəsində inzibati binanın ciddi dağıntılara məruz qaldığı və xidməti avtomobilin yararsız hala düşdüyü qeyd edilib. Bununla yanaşı, 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən “Kinjal” raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasından təqribən 35 addım məsafədə diametri təxminən 3 metr olan krater yarandığı və yer səthindən 8 metr dərinlikdə detonasiya baş vermədiyi üçün partlamamış sursat aşkar edildiyi bildirilib. 2025-ci il avqustun 28-də isə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasının və konsulluq şöbəsinin, səfirin rezidensiyasının zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəydiyi diqqətə çatdırılıb. Eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edildiyi, nəticədə işçilərin xəsarət aldığı infrastruktura böyük zərər vurulduğu xatırlanıb. Bütün bu faktların, raket hücumlarının məqsədli olması barədə suallar yaratdığı vurğulanıb. Eyni zamanda, bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırlanıb. Görüşdə, diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub. Bununla yanaşı, Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenski arasında telefon danışığı olub. Prezident İlham Əliyev Kiyevdə səfirliyin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib. Dövlət başçısı bununla əlaqədar ciddi narahatlığını ifadə edib. Prezident beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb. 

Ədalət Partiyasının sədri Mütəllim Rəhimov "Şərq"ə deyib ki, baş verən hadisə çox təəssüfedicidir. Ekspert bildirib ki, dinc şəhərlərin müharibə dövründə atəşə tutulması müharibə cinayətidir: "Biz bu hadisələri yaşamışıq. 2020-ci il 44 günlük müharibədə Ermənistanın Azərbaycanın mülki sakinlərini hədəf almasının, Gəncə, Bərdə, Tərtər kimi şəhərlərə raket atmasının şahidi olmuşuq. Bu, vandalizmdir. Müharibənin qanunları, bir xətti, müstəvisi olur. Savaşlar da həmin istiqamətdə həyata keçirilir. Təbii ki, müharibə dönəmində strateji hədəflər vurula bilər. Heç kim buna irad tutmur. Arxa cəbhədə logistika məntəqələri, hərbi silah-sursat istehsal edən zavod-fabriklər sıradan çıxarıla bilər. Amma dinc şəhərlərin bombalanması, sivil insanların qətlə yetirilməsi nə məntiqə, nə əxlaqa, nə də hüquqa sığır. Xüsusən, indiki məqamda paytaxt Kiyevin bombalanması qəbuledilməzdir. Bu addım Rusiyaya başucalığı gətirmir. Dinc sakinlərin nə günahı var? Mülki adamları, uşaqları, qadınları, qocaları evlərində öldürmək nə deməkdir? Axı onlar döyüşlərdə iştirak etmirlər". 

M.Rəhimov hesab edir ki, müharibə gedən bölgələrdə dinc insanların yaşadığı binaların bilmədən vurulmasını hardasa qəbul etmək olar: "Lakin təmas xəttindən xeyli uzaqda yerləşən paytaxtın vurulması, Azərbaycan səfirliyinin yaxınlığına "İsgəndər" raketinin qəlpələrinin düşməsinə heç kim bəraət qazandıra bilməz. Rusiya mütləq buna cavab verməlidir. Moskva özünü hərbi jandarm kimi aparmamalıdır. Beynəlxalq hüququn qayda-qanunlarına tabe olmalıdır. Rusiyanın Kiyevin mərkəzinə hücumları müharibə cinayətidir və daha ağır sanksiyalar tətbiq olunmalıdır. Dinc insanları, səfirlikləri hədəfə alanlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. ABŞ Prezidenti D.Tramp Rusiya rəhbəri V.Putini Alyaskaya dəvət edirsə, beynəlxalq məhkəmə qərarı ilə axtarışda olan bir siyasətçi ilə görüşürsə, onun imicini təmizləyirsə, Rusiya bundan ruhlanaraq Kiyevi bombalayır, mülki sakinləri hədəf alır". 

Partiya rəhbəri bir məqamı da xatırladıb: "Rusiyanın Belqoroddan keçən qaz xətti istiqamətində neçə ildir müharibə getsə də, həmin xətlə bağlı heç bir problem yaşanmamışdı, yəni Avropaya qaz nəqli davam edirdi. Ancaq Rusiya-Azərbaycan münasibətləri gərginləşən kimi "SOCAR"ın Ukraynadakı yanacaq anbarları hədəf alındı. İndi də səfirliyimizin yaxınlığına raket atılır. Moskva Bakıya təzyiq göstərmək məqsədilə bu cür addımlara gedir. Bunlar təsadüf ola bilməz. Rusiya çox yaxşı bilir ki, Kiyevin mərkəzində nə, haradadır, hansı dövlət qurumu, hansı səfirlik harada yerləşir. Rusiya Ukrayna ərazisindəki hərbi obyektlərin yerini də dəqiqliklə bilir. Rusiyanın əlində olan raketlər də dəqiq hədəf alma imkanlarına malikdir. Hədəfdən yayınma ehtimalı çox aşağıdır. Rusiya bütün dünyaya savaş açır. Təkcə Azərbaycana yox, keçmiş postsovet ölkələrinə mesaj verir ki, hər kəslə hərbi dildə danışır, diplomatik dildən istifadə etmir". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Noyabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri