Icma.az
close
up
RU
Matviyenko Bakıya niyə gəlmişdi? (ŞƏRH)

Matviyenko Bakıya niyə gəlmişdi? (ŞƏRH)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Matviyenko yəqin ki, Azərbaycan-İsrail-ABŞ üçtərəfli strateji müttəfiqlik müqaviləsinin imzalanacağı ilə bağlı yayılan məsələyə Putinin loyal yanaşacağının mesajını verib".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycana səfəri çərçivəsində prezident Vladimir Putinin məxfi mesajını çatdırması barədə məlumatları şərh edərkən deyib. 

Ekspert qeyd edir ki, Matviyenkonun Azərbaycana səfəri məlum təyyarə qəzasından sonra baş verən proseslər fonunda soyuqlaşmış Azərbaycan-Rusiya münasibətlərini yenidən diplomatik məcraya yönəltmək məqsədi daşıyır: 

"Bu səfərin təşkil edilməsi təşəbbüsü Moskvadan gəlir. Ortada olan narazılıqlar bəllidir. Azərbaycan Rusiyadan təyyarənin vurulması ilə bağlı şərtlər irəli sürüb, təzminat və üzr istənilməsi istəyir. Təzminat olaraq Rusiya sığorta şirkətinin AZAL-a müəyyən məbləğ ödədiyi xəbərləri yayıldı. Zərər çəkənlərə isə maddi yardım hələ yoxdur".


Politoloqun fikrincə, ola bilər ki, səfər zamanı təzminatla bağlı vədlər də verilib:

"Putinin Matviyenkonun bu səfərilə Azərbaycanın tələbləri ilə bağlı qapalı olaraq ictimaiyyətə açıqlanmayan müəyyən mesajlar göndərdiyini də düşünmək olar. Məsələn, Matviyenko görüşdə dövlət başçısı İlham Əliyevə Putinin təyyarənin vurulması ilə əlaqəli üzr istədiyini çatdıra bilər. Digər məsələ kimi rəsmi Bakıya Rusiyaya gələn Trampın şəxsi nümayəndəsi Stiv Vitkoffla görüşdə Azərbaycanla əlaqəli fikir mübadiləsinin nəticəsini də çatdıra bilər. Çünki son günlər Azərbaycan-İsrail-ABŞ üçtərəfli strateji müttəfiqlik müqaviləsi imzalanması söhbətləri yayılır. Matviyenko da yəqin ki, Putinin buna loyal yanaşılacağının mesajı çatdırıb. Çünki bu barədə Azərbaycanda Rusiyanın mövqeyi ilə əlaqəli narahatlıq ifadə edilir. Təbii ki, bununla bağlı qəti fikir bildirmək çətindir. Amma, hesab etmək olar ki, Matvienkonun görüşlərdə səmimi davranışı iki ölkə arasında hansısa ciddi narazılığın olmadığı qənaətini hasil edir".

Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycana səfəri başa çatıb. Bu fonda bir sıra mətbu orqanlar yazır ki, Valentina Matviyenkonun səfəri həm də Putinin məxfi mesajını üz-üzə çatdırmaq üçün bir fürsət olub. 

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Mart 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri