Icma.az
close
up
RU
Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir ANALİTİK

Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir ANALİTİK

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Şimal qonşumuz  dost dövlət kimi davranmaq, suallara cavab vermək, məsələni obyektiv araşdırmaq və üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, oyun oynamağa üstünlük verir

Rusiyanın hakimiyyət dairələri ilə işləyən  media qurumlarında ölkəmiz haqqında qarayaxma kampaniyası aparılır, xalqımızın ünvanına təhqiramiz ifadələr səsləndirilir. 

 Ukrayna ilə müharibə səbəbindən Rusiyanın maraqlarına zidd fikir səsləndirən hər bir kəs barədə ölçü götürüldüyü halda, kimsə deyə bilməz ki, Azərbaycana qarşı bu həqarətlər hakimiyyət dairələrinin iradəsindən kənar səsləndirilir. 

 Siyasi ekspertlərin də qeyd etdiyi kimi  həmin şəxslər Rusiya hakimiyyətinim nəzarətdədir və  Azərbaycan xalqını da elə onların dili ilə təhqir edirlər. 


Mövzu ilə bağlı fikirlərini "Sherg.az"la bölüşən siyasi şərhçi Azər Niftiyevin fikrincə prosesi idarə edən də əli hər yerə çatan Federal Təhlükəsizlik Xidmətidir. Onun sözlərinə görə, gah Azərbaycanı neonasistlərin dili ilə hədələyir, gah da “Komsomolskaya pravda”da bir sifarişli mirzənin vasitəsilə uydurmalar qoşur, özlərini daha da gülünc vəziyyətə qoyurlar: 

"Rusiyaya qarşı təzyiqlər davam etməkdədir. "Qoca qitə"dən və okeanın o tayından Moskvaya yönələn embarqolar və Ukraynada illərdir davam edən Qərb və Rusiya müharibəsi fonunda Azərbaycan heç bir zaman şimal qonşumuza qarşı cəbhədə yer almır, bütün təzyiq və təhdidlərə rəğmən, müstəqil xarici siyasətini davam etdirir. Hansı ki, dünya nizamının sarsıldığı və geosiyasi böhranın hökm sürdüyü bu şəraitdə Azərbaycanın mövqeyi Rusiya tərəfindən birmənalı şəkildə təqdir olunmalıdır. Lakin biz nəyin şahidi oluruq?

Rusiyanın hökumət mənbələrinə yaxınlığı heç bir şübhə doğurmayan mətbuat orqanlarında və TV- lərdə Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Rusiya hakimiyyət dairələri Azərbaycana qarşı "qara piar" kampaniyasını təşkil edən qeyd olunan KİV-lərdə özünün əleyhinə bir məqalənin belə tirajlanmasına dözüm nümayiş etdirmir.

Bəs o zaman ortaya haqlı suallar çıxır - Rusiya KİV şəbəkəsi nəyə nail olmaq istəyir? Yaxud nəyə görə və hansı səbəbdən rəsmi Rusiya dost və müttəfiq ölkəyə qarşı çeşidli təhqirlər və həqarətlər yağdırır? "Komsomolskaya pravda" və digər bu qəbildən olan iqtidaryönlü medianın hücumları yəqin ki, elə vahid mərkəzdən idarə olunur".


A. Niftiyevin sözlərinə görə, rus KİV-lərinin Azərbaycan əleyhinə apardığı "qara-piar" kampaniyası Azərbaycanın məlum təyyarə qəzası ilə bağlı haqlı tələbləri, günahkarların cəzalandırılması tələbindən sonra baş verib:  "Burada məhz Rusiyanın günahkar olması heç kimə sirr deyil. Məsuliyyətsiz davranışlarına görə, Azərbaycan tərəfinin çox haqlı  tələblərini yerinə yetirmək əvəzinə, onlar bir qədər də qabağa gedir, Azərbaycanı günahkar qismində təqdim etməyə çalışırlar.

Halbuki Rusiya səmalarında vurulduqdan, onlarla sərnişin həlak olduqdan sonra belə Azərbaycan tərəfindən Rusiyanın ünvanına təhqir, hədə, səslənmədi. İnsanlar haqlı şəkildə nə baş verdiyini sual etdilər. 

Azərbaycan Prezidenti mediaya müsahibə verərək bu işdə məsuliyyətin, ədalətli istintaqın, günahkarların cəzalandırılmasının və zərər çəkənlərə kompensasiya ödənilməsinin vacibliyini diqqətə çatdırdı. 

Amma indi Rusiyada pilotların danışıqlarını yayaraq yenidən izi azdırmağa, məsələni əsas mətləbdən yayındırmağa çalışdıqları bəs deyil, hələ Azərbaycanı günahkar da çıxarmağa çalışırlar.

Demək ki, şimal qonşumuz  dost dövlət kimi davranmaq, suallara cavab vermək, məsələni obyektiv araşdırmaq və üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, oyun oynamağa üstünlük verir. Şübhəsiz ki bütün bu davranışlar Rusiyaya başucalığı gətirmir və həm qarşılıqlı müttəfiqlik bəyannaməsi, Azərbaycan-Rusiya arasındakı münasibətlərə xələl vurur".

Siyasi şərhçi sonda bildirib ki, bu səpkili hücumlar qarşılıqlı münasibətlərin ruhuna ziddir və rəsmi Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Yanvar 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri