Icma.az
close
up
RU
Tehran keçmiş səhvlərindən nəticə çıxarmalı və yeni səfir təyinatı qısa müddətdə başa çatmalıdır Analitik

Tehran keçmiş səhvlərindən nəticə çıxarmalı və yeni səfir təyinatı qısa müddətdə başa çatmalıdır Analitik

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın Azərbaycana səfirinin seçilməsi prosesi son mərhələdədir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib. İran XİN rəsmisi qeyd edib ki, Azərbaycan Respublikası ilə münasibətlərin normallaşması prosesini nəzərə alaraq, lazımi addımlar atılıb və səfirin seçilməsi prosesi son mərhələdədir. 

Siyasi şərhçi Kazım Kazımov Sherg.az-a söyləyib ki, İran və Azərbaycan arasında son illərdə münasibətlər gərginləşib:


“Bunun əsas səbəbi Tehrandakı anti-Azərbaycan qüvvələrinin fəallaşılmasıdır. İran siyasətində təəssüflər olsun ki, yüksək mərtəbələrdə Azərbaycana qarşı pis münasibət bəsləyən qüvvələr var. Onların səsi yüksəldikcə Bakı və Tehran münasibətlərinə mənfi təsir göstərir. Ancaq son illərdə İranın regionda və bələxalq nizam daxilində rolunun azaldığını görürük. Xüsusilə Bəşər Əsədin devrilməsi, Yaxın Şərqdə İrana yaxın proksi qüvvələrin ağır zərbə alması Tehranı yenidən düşünməyə məcbur edib. İran anlamalıdır ki, region ölkələri ilə  əlaqələr yaxşı olmadan güclü beynəlxalq siyasətçiyə çevrilmək olmaz. Regiona baxdığımızda isə İranın demək olar ki, bütün ölkələrlə fərqli-fərqli problemlərinin olduğunu görürük. Azərbaycanla münasibətlərə gəldikdə isə Tehran özü süni şəkildə bir problem yaratmağa çalışırdı. Zəngəzur dəhlizinə qarşı çıxdılar, Azərbaycanın suverenliyinə və xalqımızın milli kimliyinə söz atanlar oldu. Təbii ki, bunlar əsassız iddialar idi və nəticə etibarilə Tehrana xeyir gətirmədi. Son dövrlərə baxdıqda iki ölkə münasibətlərində müəyyən bir istiləşmə müşahidə olunur. İran prezidenti Məsud Pezeşkianın son səfəri də bunun nəticəsi idi. 2020-ci ildən sonra Canan Prezident İlham Əliyev “3+3” formatını təkif etmişdi. “3+3” formatındakı ölkələrdən biri də İran idi. Lakin İran bunu vaxtına dəyərləndirə bilmədi və münasibətləri gərginləşdirmə yolunu seçdi. Ümid edirik ki, Tehran bundan sonra keçmiş səhvlərindən nəticə çıxarar və yeni səfir təyinatı qısa müddətdə başa çatar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 May 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri