Səhvlərimizdən nəticə çıxarmalı və irəli baxmalıyıq Vernidub
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 3-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis komandasının 0:1 hesablı məğlubiyyətini belə şərh edib:
“Bu gün məğlub olduq. Ruhdan düşməməliyik. Bu oyunu təhlil edib səhvlərimizdən nəticə çıxarmalı və irəli baxmalıyıq. Hələ çempionatın əvvəlidir, hər şey qarşıdadır. Təhlükəli epizodlarımız oldu, amma hücumları sonlandırmaq alınmadı. Həm də nəzərə alaq ki, biz 20 dəqiqədən çox müddətdə bir nəfər azlıqda oynadıq. Buna baxmayaraq, dayanmadıq, hücumlarımızı davam etdirdik. Futbolçularımız sonadək səy göstərdilər. İlk hissəyə artırılan son dəqiqədə səhv etdik. Bəlkə də, o qolu buraxmasaydıq, ikinci hissə tam fərqli olacaqdı”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 31 Avqust 2026 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















