Icma.az
close
up
RU
“Rusiya bazası Azərbaycana deyil, Paşinyana təhlükədir” İrəvandan Moskvaya və Bakıya mesaj

“Rusiya bazası Azərbaycana deyil, Paşinyana təhlükədir” İrəvandan Moskvaya və Bakıya mesaj

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasına yeni müqaviləli hərbçilərin cəlb olunması ilə bağlı yayılan xəbərlərin fonunda bəyanat yayıb.

Rəsmi İrəvan bəyanatda bildirib ki, Ermənistan ərazisindən üçüncü ölkələrə qarşı hərbi əməliyyatların həyata keçirilməsi mümkün deyil və bu kimi hallara yol verilməyəcək.

Ekspertlərin fikrincə, bu bəyanatla Ermənistan hökuməti həm Azərbaycana, həm də Rusiyaya üstüörtülü mesaj göndərməyə çalışır. Belə ki, bu açıqlama Rusiya - Azərbaycan münasibətlərinin gərginləşdiyi bir vaxta təsadüf edir və Moskvanın Gümrüdəki hərbi varlığını Bakı əleyhinə gücləndirdiyi görüntüsü yaradır.

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu geniş şərh verib. O bildirib ki, Ermənistan XİN-in bəyanatında Azərbaycan əleyhinə dolayısı eyhamlar hiss olunur: “Bu bəyanatla sanki o görüntü yaradılır ki, guya Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasından Azərbaycana qarşı hərbi məqsədlər üçün istifadə oluna bilər və Ermənistan buna imkan verməyəcək. Lakin bu, manipulyasiyadır".

Politoloqun fikrincə, əgər Rusiya həqiqətən Gümrüdəki hərbi bazasını gücləndirirsə, bu ilk növbədə Ermənistanın hazırkı rəhbərliyi, xüsusilə də Baş nazir Nikol Paşinyan üçün təhlükə yaradır: "Məlum olduğu kimi, Moskvadakı siyasi dairələr, Rusiya kilsəsi və Rusiyada yaşayan erməni oliqarxlar Ermənistanın radikal müxalifətinə dəstək verməklə Paşinyana qarşı təzyiqləri artırıblar. Paşinyan da son aylarda ona qarşı çevriliş planlaşdırıldığını iddia edir. Belə olan halda Rusiya bazasının gücləndirilməsi Paşinyana qarşı yönəlib, yoxsa Azərbaycana qarşı?”

Elxan Şahinoğlu hesab edir ki, Nikol Paşinyan yaranmış vəziyyətdən ustalıqla istifadə edərək diqqəti özündən yayındırmağa çalışır: “Paşinyan Ermənistan Xarici İşlər Nazirliyi vasitəsilə bəyanat yaydırmaqla ictimai rəyə belə bir siqnal ötürmək istəyir ki, guya Gümrüdəki Rusiya bazası Azərbaycan əleyhinə yönəlib və İrəvan buna qarşı çıxır. Amma bu, yalnız ictimai rəyi çaşdırmaq üçündür".

Politoloq əlavə edib ki, bu arqumentlər real deyil və Ermənistanın Rusiya üzərində hər hansı təsir imkanları yoxdur: “Əvvəla, əgər Kreml Gümrüdə hərbi xarakterli qərar veribsə, bunu Paşinyanla müzakirə etməyəcək. İkincisi, əgər Gümrüdəki baza Azərbaycana qarşı istifadə olunarsa, bu addım birbaşa Kremlin öz maraqlarına zərbə vurar, Rusiya həm Cənubi Qafqazı, həm də Türkiyəni itirər".

Elxan Şahinoğlu xatırladıb ki, Nikol Paşinyan son həftələrdə bir neçə çıxışında ona qarşı dövlət çevrilişi hazırlandığını açıq şəkildə bəyan edib. Politoloqun fikrincə, bu cür bəyanatlar Ermənistan rəhbərliyinin Moskvanın davranışlarından ciddi narahat olduğunu göstərir: “Paşinyan yaxşı anlayır ki, Rusiya təkcə siyasi təzyiq göstərmir, həm də Ermənistandakı daxili balansları dəyişdirməyə çalışır. Gümrüdəki bazanın gücləndirilməsi, Ermənistandakı müxalifətin fəallaşması və Rusiyaya yaxın dairələrin hərəkətliliyi bu ehtimalları artırır.”

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 İyul 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri