Rusiya “Böyük Avrasiya” prosesinə başladı
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya xarici siyasətində postsovet məkanına üstünlük verir və MDB, Aİİ və KTMT ölkələri ilə birgə layihələr həyata keçirilir.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Prezidentlər və baş nazirlər arasında əldə edilən razılaşmalara əsasən, hər bir tərəfdaş ölkə ilə ticarət, iqtisadi və investisiya sahələrində, elmi əməkdaşlıqda, beynəlxalq səviyyədə, BMT-də və digər təşkilatlarda birgə fəaliyyətlərdə konkret planlar hazırlayırıq. Bu cür gündəlik işlər uzunmüddətli planlar əsasında qurulur və həm Rusiyaya, həm də tərəfdaşlarına birbaşa qarşılıqlı fayda gətirir. Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ildə irəli sürdüyü Avrasiya təhlükəsizlik arxitekturasının yaradılması təşəbbüsünə getdikcə daha çox ölkə maraq göstərir. Qitənin bütün ölkələrinin iştirakı ilə təhlükəsizliyin təmin edilməsi ideyasının maddi əsasa, təmələ söykənməsi çox vacibdir. Mən həmin Böyük Avrasiya Tərəfdaşlığından danışıram. Onun formalaşması prosesi artıq başlayıb”, - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 09 Fevral 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















