Icma.az
close
up
RU
Rusiya bununla haqsız tələblərini Azərbaycana qəbul etdirməyə çalışır Siyasi şərhçi

Rusiya bununla haqsız tələblərini Azərbaycana qəbul etdirməyə çalışır Siyasi şərhçi

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

"Mən hesab edirəm ki, Rusiyada hərbi kəşfiyyat, digər kəşfiyyat qurumları atəş açılan yerin SOCAR-a, Azərbaycana məxsus olduğunu bilməyə bilməzlər. Onlar bu barədə məlumatsız olduqlarını səsləndirsələr də, mən şəxsən buna inanmaram. Artıq ikinci dəfədir ki, bu hərəkət təkrarlanır. Ona görə də mən bu fikri qətiyyən yaxına qoymuram. Düşünürəm ki, bu məqsədyönlü, əvvəlcədən planlaşdırılmış bir məsələ olub".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü ötən gün Rusiyanın Ukraynada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə raket hücümu etməsinə münasibət bildirərkən deyib.

Ekspert əlavə edib ki, SOCAR-a məxsus obyektin vurulması Rusiyanın Azərbaycana qarşı qərəzli mövqe tutmasının göstəricisidir:

"Əvvəlcədən planlaşdırılan, SOCAR-a məxsus obyektin vurulması, Rusiyanın Azərbaycana qarşı mövqə tutmasının, qərəzli davranmasının, cəbhə almasının bir göstəricisidir. Bu, Rusiyanın Azərbaycana növbəti təzyiqidir. Bu təzyiqlə Rusiya Azərbaycanı öz tələblərinə boyun əyməyə məcbur etmək fikrindədir. Rusiya bununla Azərbaycana qarşı haqsız davranışlarının üzərindən keçiləcəyi qənaətindədir. Məsələn, biz təyyarə qəzasında Rusiyanın rolunu və digər məsələləri haqlı olaraq qabardırıq. Rusiya bu cür təzyiqlərlə Azərbaycanı bu məsələlərdən çəkindirməyə və eyni zamanda Ukraynayla əməkdaşlıqdan çəkindirməyə çalışır".

Analitik qeyd edib ki, Azərbaycan əməkdaşlıq edəcəyi ölkəni də təşkilatları da özü seçir, Rusiya buna qarışa bilməz:

"Biz əməkdaşlıq edəcəyimiz ölkəni də təşkilatları da özümüz seçirik. Rusiya burada diqtə edə bilməz. Rusiya həm də bununla göstərmək istəyir ki, mənimlə müharibə edən ölkəyə dəstək verirsinizsə, mən də bu şəkildə münasibət göstərəcəm. Azərbaycanı bu üsullarla qorxutmağa, əməkdaşlıqdan çəkindirməyə və həm də öz haqsız tələblərini Azərbaycana qəbul etdirməyə çalışır. Bu, baş tutası məsələ deyil, çox böyük yanlışlıq edilir. Mən hesab edirəm ki, Azərbaycan bu əməkdaşlıqdan dönməyəcək və digər məsələlərdə də Rusiya qarşısında geri çəkilməyəcək".

Mikayıl Mirzəzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 19 Avqust 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri