Icma.az
close
up
RU
RUSİYA ÇABALAYIR, ÇİN MƏMNUNDUR... Bəs, Türkiyə kiminlə eyni sırada yer almalıdır?

RUSİYA ÇABALAYIR, ÇİN MƏMNUNDUR... Bəs, Türkiyə kiminlə eyni sırada yer almalıdır?

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya ordusunun Ukraynaya təcavüzünün ilk günlərində bir çox rusiyalı bu addımı Vladimir Putinin qlobal miqyaslı strateji planının tərkib hissəsi hesab edirdi və düşünürdü ki, müharibə çox  tezliklə onların qələbəsi ilə yekunlaşacaq, daha sonra isə SSRİ-nin yeni formatda bərpasına start veriləcək. Ancaq cəmi bir aydan sonra bəlli oldu ki, Rusiya ordusunun döyüş qabiliyyəti hədsiz şişirdilib. 

Rusiyanın “möhtəşəm ordusu” barəsində uydurulmuş nağıllar Kremlə ictimaiyyəti aldatmaq üçün lazımıymış. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun üzərində “SSRİ” yazılmış köynəklə Alyaskaya getməsi onların bu xülya ilə yaşadıqlarını əyani nümayiş etdirdi...

Bu günün Rusiyası sözsüz ki, müəyyən mənada öz sələfinin tarixi mirasının izlərini daşıyır. Sovet İttifaqının dağılmasının səbəbləri barədə çox yazılıb və bir çoxlarının fikrinə görə, bu, Qərbin köməyilə Mixail Qorbaçov tərəfindən qəsdən edilib. Əgər rus millətçilərinin irəli sürdüyü bu iddia doğrudursa, onda necə olur ki, Sovet İttifaqından daha zəif olan indiki Rusiya Federasiyası Qərblə qarşıdurmaya girməkdən çəkinmir? Necə olur ki, SSRİ-ni tarixdən silən Qərb dünyası Rusiya ilə bacara bilmir? Hələ üstəlik Kreml SSRİ və çar Rusiyasının oxşar cəhətlərinin simbiozundan ibarət böyük bir imperiya qurmaq niyyətindədir...

Maraqlıdır, görəsən, onlar bunu hansı resurslarla həyata keçirmək istəyirlər? Yoxsa, üzdə Qərblə görünən qarşıdurma sadəcə şoudur və pərdə arxasında  hansısa razılaşmalar var?

Əlbəttə, qlobal müstəvidə ciddi oyunlar gedir və Rusiyanın piyada kimi bu oyuna cəlb edilməsi ssenarisi istisna deyil. Ruslar yeni dünya nizamının təxminən İkinci Dünya Müharibəsindən sonrakı ssenariyə oxşar olacağına inanırlar və belə hesab edirlər ki, Rusiya ən azından keçmiş SSRİ-nin ərazisinə və hətta şərqi Avropaya tam nəzarət edə biləcək statusa yiyələnəcək. Bu düşüncə Ukraynaya hücumdan öncə daha aktual idi, lakin zaman keçdikcə Kreml bu fikirlərində müəyyən düzəlişlər etməyə başladı.

Rusiya qlobal oyun qurucusu deyil və o, həmişə Qərbin yedəyində gedib, onun maddi-texniki yardımıyla irəliləyib. Uzun illər ərzində Böyük Britaniyanın “MI6” (Military Intelligence) kəşfiyyat idarəsinin rəhbəri olmuş Riçard Murun bu yaxınlarda səsləndirdiyi fikirlərindən anlaşılır ki, onlar həmişə Rusiyanı öz nəzarətlərində saxlayıblar. O, Rusiya barəsində deyib: “Putin, Rusiya deyil. Və bütün ruslar Putinizmə sadiq deyil. Bəziləri başlarını aşağı salıb əllərindən gəldiyincə həyatlarına davam etməyə çalışır. Bəziləri – Aleksey Navalnıy kimi – açıq şəkildə müqavimət göstərir və inancları uğrunda ölür. Amma digərləri bunu gizlicə, MI6 ilə işləyərək edir.”

Dünyanın siyasi-iqtisadi və maliyyə baxımdan yeni bir formaya salınması ilə əlaqədar ABŞ, Britaniya və Avropa Birliyi arasında intensiv danışıqlar getsə də, hələlik yekun və yekdil bir qərara gəlinməyib, ziddiyyətli və mürəkkəb məqamlar gözləniləndən daha çoxdur. Rusiyanın gələcəyi ilə bağlı tərəflər arasında fikir ayrılıqları var. Əlavə olaraq, Çin və Yaxın Şərqlə bağlı məsələlərdə Qərb dünyasının üst-üstə düşməyən maraqları  mövcuddur. Deməli, yeni dünya nizamının qurulmasında Avrasiyadakı tarixi problemlər mütləq  öz həllini tapmalıdır. Onu da xüsusilə qeyd etmək lazımdır ki, qlobal güclər arasında Böyük Britaniya xüsusi mövqeyə malikdir və o, təkcə Avropa qitəsinin ucqarındakı adi bir ada dövlət deyil. B.Britaniya müstəmləkəçilikdən imtina etdikdən sonra  özünün kəşfiyyat imkanları, transmilli bankları və ofşorlar sayəsində qlobal oyunçu olmaqda davam edir.

Digər güc mərkəzi sayılan Çinin gələcək perspektivdəki yeri və rolu da mühüm aspektlərdən biridir və sözsüz ki, Pekin ABŞ, Avropa və Britaniya ilə bərabərhüquqlu statusa iddialıdır. Onun bu istəyi digərləri tərəfindən nəzərə alınmaya bilməz.

Ancaq Kreml SSRİ-nin statusuna bənzər  mövqeyə heç zaman yiyələnməyəcək, çünki əvvəla, onun belə bir potensialı yoxdur, ikinci isə zaman və şərtlər çox dəyişib, arenaya Çin, Hindistan və Türkiyə kimi yeni oyunçular daxil olublar. Ona görə də Rusiya geri itələnəcək...

Ümumiyyətlə, beləgörünür ki, Rusiyanın gələcək taleyi həll olunub, sadəcə qalır texniki məsələlərin həlli. Ukraynada gedən müharibə Rusiyanın çabalamasının əyani göstəricisidir. Rusiya qlobal oyunçulardan  Çinin vassalı olmağa məmnuniyyətlə razıdırsa, onda onun strateji mövqeyinin heç bir mənası qalmır.

Rusiya elitasında Vladimir Putinin absurd siyasi kursuna etiraz kütləvi hal almasa da, müharibənin xoşagəlməz sonluqla bitəcəyini hiss edənlər az deyil, sadəcə onlar hələ gözləmə mövqeyindədirlər. Paytaxt Moskva  intensiv dron və raket atəşinə qərq olandan sonra elitada narzılıqlar baş qaldıra bilər. Artıq Rusiyanın tutduğu starteji mövqe daxildə tənqidlərə məruz qalır. Məsələn, Moskva meri Sergey Sobyanın “Moskva İqtisadi Forumu”nda çıxıış zamanı Rusiyanın üzünü Qərbdən Şərqə çevirməsinin problemlər yaratdığını bildirib: “Biz başa düşməliyik ki, Şərq bazarları daha da sərtdir. Artıq orada bizə qarşı ciddi müharibə gedir, iqtisadi müharibə”. Sobyanin Şərq deyəndə heç şübhəsiz Çini nəzərdə tutur. Çinin Rusiya-Ukrayna müharibəsində tutduğu başlıca mövqe müharibənin uzanması və Rusiyanın tədricən tənginəfəs olmasından ibarətdir. Müharibə başlayandan Çin Ukrayna ilə ticarətini daha da genişləndirib və dronlar üçün komponentlərin ixracını artırıb. Təkcə 2025-ci ilin birinci rübündə Ukrayna Çindən 1 milyard dollar məbləğində döyüş dronları üçün hissələr idxal edib. Bununla yanaşı, Pekin Rusiyanın tezliklə məğlub olmasında maraqlı deyil. Çinlilər istəyirlər ki, Rusiya onların nəzarətindən çıxmamaq şərtilə müharibə aparsınlar və son nəhayətdə məğlub olsalar da Çinin ixtiyarına keçsinlər.

 Yeri gəlmişkən, dünya çapında yeni güc kimi özünü göstərməyə başlayan Türkiyənin geostrateji mövqeyində Rusiyanın rolu önəmlidir. Hazırda Türkiyə yüksələn gücdür və ona görə də tarixin tələbinə uyğun olaraq Ankara perspektivdə Rusiyanın geostrateji təsir məkanlarına nüfuz etməldir. Türkiyənin indiki mürəkkəb geostrateji konfiqurasiyada təkbaşına hərəkət etməsinin və ya digər güclərlə ittifaq qurmasının gətirəcəyi fayda və zərərlər yaxşı hesablanmlıdır. 

Bildiyimiz kimi, MHP lideri Dövlət Baxçalı bu yaxınlarda özünün “X” sosial platformasnda Türkiyənin Rusiya və Çinlə strateji alyans yaratmasını təklif edib. Qlobal yenilənmə prosesi ərəfəsində Türkiyənin güclü ittifaqlarda iştirak etməsi zəruridir, lakin emosiyalara qapılıb Rusiya kimi başıpozuq və etibarsız birisiylə strateji müttəfiq olmaq böyük riskdir. Türkiyə Ukrayna ilə müharibə etməklə strateji xətaya yol vermiş səfehin yanında qətiyyən yer almamlıdır. Çinin keçirdiyi hərbi paradın təsiri altına düşmək isə sadəlövhlükdür. Sözsüz ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gözəl manevr ustasıdır və Baxçalının söylədikləri də yəqin ki, mahiyyəti etibarı ilə tamamilə ayrı məna daşıyır. Türkiyə hərbi-texnoloji  baxımdan inkişafdadır və onun getdikcə sönən və acizləşən Rusiyaya ehtiyacı yoxdur, əksinə, bundan sonra Moskva Ankaraya möhtac qalacaq və elə bu səbəbdən irəlidə Türkiyənın Rusiyanı öz  siyasi təsir sferasına  salması tamamilə mümkündür.

Vaqif Nəsibov

“AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Sentyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri