Hakan Fidan: Türkiyə Zəngəzur layihəsindən məmnundur
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Türkiyə Zəngəzur dəhlizinə dair Bakı ilə İrəvan arasında əldə olunan razılaşmanı alqışlayır".
Oxu.Az DW-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli Bədr Əbdüləti ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, Zəngəzur dəhlizi nəzərdə tutulduğu kimi reallaşarsa, bu, Avropadan Asiyanın dərinliklərinə qədər uzanacaq problemsiz nəqliyyat dəhlizinin mühüm qolu olacaq: "Dəhliz Türkiyəni Qafqaz və Xəzər dənizi vasitəsilə təkcə Orta Asiyaya deyil, həm də birbaşa türk dünyasına birləşdirəcək çoxməqsədli bir yol olacaq. Bu yol türk dünyasını Türkiyə üzərindən Avropaya, Avropanı isə Türkiyə üzərindən Asiyanın dərinliklərinə bağlayacaq. Mən bunun çox faydalı bir yol olacağına inanıram. Ümid edirəm ki, tezliklə həyata keçiriləcək", - XİN rəhbəri qeyd edib.

