Icma.az
close
up
RU
Rusiya da atəşkəs istəyir, Ukrayna da, amma... İstanbul danışıqları əsas kimi qəbul oluna bilər

Rusiya da atəşkəs istəyir, Ukrayna da, amma... İstanbul danışıqları əsas kimi qəbul oluna bilər

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Kiyevdə keçirilən toplantıya virtual olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qoşulub. Türkiyənin mövqeyi orada da səslənib”.

Bu barədə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, növbəti dəfə qeyd olunub ki, Ankara Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Xüsusən, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra belə bir bəyanat çox vacib idi.

Keçmiş nazir qeyd edib ki, artıq ortada konsensus var və həmin konsensus da hərbi əməliyyatları dayandırmaqdan ibarətdir:

"Rusiya buna Ər-Riyadda öz razılığını bildirib. Lavrov da Ankarada olarkən bunu təkrarlayıb”.

Müsahibimizə görə, digər yandan Ukrayna da atəşkəsin bərqərar olunmasının tərəfdarıdır. Amma problem odur ki, atəşkəsin əldə olunması üçün tərəflərin öz tələbləri var:

“Məsələn, Rusiyanın tələbi odur ki, Ukraynada prezident seçkiləri keçirilsin və ondan sonra bu bu və ya digər formatda sülh danışıqları başlanılsın. Ukraynanın mövqeyi isə bir az fərqlidir. Türkiyənin burada rolu yüksəlməkdədir. Türkiyənin bu məsələdə müstəsna imkanları hamıya bəllidir. Ən azı itənilən ölkə, o cümlədən Rusiya Qara dənizə daxil olmaq üçün icazə almalıdır. Bu baxımdan Türkiyənin mövqeyi və rolu əhəmiyyətlidir. Çox yaxşı bir haldır ki, bizim hərbi-siyasi müttəfiqimiz bu məsələdə fəaldır”.

Tofiq Zülfüqarov: Ukraynanın təhlükəsizlik zəmanəti ilə bağlı heç bir razılıq yoxdur

T.Zülfüqarov hesab edir ki, üç il öncə İstanbulda keçirilən danışıqlar və mövqelər əsas kimi qəbul oluna bilər. Hətta belə bir fikir səsləndirdi ki, Kiyevin o zaman sərgilədiyi mövqeni qəbul etmək də mümkündür. Ən azından tərəflər atəşkəslə bağlı razılığa müsbət yanaşırlar.

Həmsöhbətimiz vurğulayıb ki, Ukraynanın təhlükəsizlik zəmanəti ilə bağlı heç bir razılıq yoxdur:

"Görünən odur ki, atəşkəs razılaşmasının mexanimzləri təhlükəsizlik qarantiyasını əvəzləyəcək. Xatırladım ki, Azərbaycan və Ermənistan arasında 1994-cü ildə əldə olunmuş atəşkəs razılaşmasının da qarant dövlətləri yox idi. Heç Minsk qrupu da buna qarantiya vermirdi. Ukrayna tərəfi atəşkəsə razılıq versə belə gələcək danışıqlarda tərəflərin tələbləri qəbul olunmayacaq. Heç olmazsa, müsbət məsələ odur ki, hərbi əməliyyatlara, ölümlərə son qoyulacaq. Sonrakı dönəmdə diplomatik siyasi imkanlardan istifadə etməklə nəyəsə nail olmaq istisna edilmir. Ancaq açıq deyim ki, danışıqların pozitiv nəticələr verəcəyinə ümidlər o qədər də böyük deyil. Azərbaycan-Ermənistan arasında 30 il aparılan danışıqların nə ilə nəticələndiyi məlumdur".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Fevral 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri