Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Ukrayna atəşkəs istəyir, Rusiya isə yayınır İstanbul görüşü nəyi dəyişəcək?

Ukrayna atəşkəs istəyir, Rusiya isə yayınır İstanbul görüşü nəyi dəyişəcək?

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya 15 may tarixindən etibarən İstanbulda birbaşa sülh danışıqlarına yenidən başlamağı təklif edib. Ukrayna Prezidenti Volodimir Zelenski isə Vladimir Putinlə İstanbulda şəxsən görüşməyə hazır olduğunu və 15 mayda onu Türkiyədə gözləyəcəyini deyib.  
Maraqlıdır, Putin Zelenskinin təklifinə necə cavab verəcək? Bundan sonra nələr gözlənilir?

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında politoloq Elxan Şahinoğlu Putinin Ukraynaya qarşı müharibəyə başlayandan sonra Zelenski ilə heç bir təması və dialoqu olmadığını vurğulayıb.

Onun fikrincə, Putin Zelenskinin təklifinə belə cavab verə bilər:

"Putin deyə bilər ki, əvvəlcə diplomatlar görüşsünlər və mümkün razılaşmalar barədə fikir mübadiləsi aparsınlar, nəticə olarsa yaxın gələcəkdə şəxsən Zelenski ilə görüşəcək. Amma o da mümkündür ki, Putin çəkinmədiyini göstərmək üçün Zelenski ilə İstanbulda görüşə razılaşa da bilər. Putinin Zelenski ilə birbaşa görüşməyə razı olması ehtimalı yüksək deyil. Zelenskinin təklifinə ABŞ Prezidenti Donald Trampın reaksiyasi maraqlı olacaq. Putinin 15 mayda İstanbulda görüş təklifini müsbət qiymətləndirən Ağ Ev sahibi məntiqlə Zelenskinin Kreml sahibinə ünvanlanmış “gəl İstanbulda şəxsən görüşək” təklifinə də dəstək verməlidir”.

Mövzu ilə bağlı fikirlərini bölüşən politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Türkiyənin vasitəçiliyi ilə Rusiya- Ukrayna arasında növbəti danışıqlarda müsbət irəliləyişlər mümkündür:

“Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarının nəticəsiz başa çatması, Putinin 30 günlük atəşkəsdən imtina etməsi ABŞ və Avropa İttifaqının yenidən bir araya gəlməsinə səbəb oldu. Bu danışıqlardan sonra, Tramp Putinin manipulyasiya etdiyini və atəşkəsdə maraqlı olmadığını görüb vasitəçilikdən imtina etdi. Ukrayna prezidenti Zelenski isə Trampın atəşkəs təklifini qəbul etdi. ABŞ və Rusiya arasında danışıqların fiaskosundan sonra ABŞ və Ukrayna arasında mineral ehtiyatlarla bağlı sazişin bağlanması Moskvanı dilemma qarşısında qoydu. Ötən həftə Böyük Britaniya, Almaniya, Fransa və Polşan liderlərinin Kiyevə səfər etməsi Avropa İttifaqının fikir ayrılıqlarını kənara qoyub birləşdiyini göstərdi. Avropa liderlərinin səfərindən dərhal sonra, Putin mayın 15-dən başlayaraq danışıqlara hazır olduğunu bəyan etdi. Bu, Qərbin qarşısında geri çəkilmək və Ukraynanı fakt qarşısında qoymaq idi. Putin atəskəs edilmədən danışıqları təklif etməsi isə Kremlin danışıqlarda Qərbin qarşısında geri çəkilmədiyini mesajını verir”. 

Onun sözlərinə görə, Putin Türkiyənin vasitəçiliyi ilə İstanbul danışıqlarını davam etdirməklə, ABŞ və Avropa ölkələrini kənarda tutmağa çalışır:

“Zelenskinin mayın 15-də Türkiyədə Putini şəxsən gözləcəyini bəyan etməsi Kremli çətin vəziyyətə salıb. Bu, Ukraynanın ikitərəfli danışıqlara hazır olduğunu göstərir. Təbii ki, Putin şəxsən danışıqlara qatılmayacaq. Türkiyədə danışıqlar prosesində Rusiya Ukraynaya hərbi yardımlar edilməməsini şərtini irəli sürə bilər. Bundan başqa, yenidən İstanbul razılaşmasi üzrə danışıqları davam etdirilməsini təklifini qaldıracaq. 2022-ci ilin aprelində İstanbul razılaşmasını hər iki tərəf qəbul edərək, paraflayıb. 


Növbəti İstanbul danışıqlarına Ukrayna zəif tərəf kimi deyil, güclü tərəf kimi qatılır. Ona görə də danışıqlar çətin və Kremlin diktəsi ilə deyil, qarşılıqlı təkliflər şəkilində davam edəcək. Birinci İstanbul danışıqlarında paraflanmış razılaşmaların bir neçə bəndini Ukrayna qəbul etməyəcək. Rusiya İstanbul razılaşmasını ona görə yenidən danışıqlar masasına gətirir ki, Avropa ölkələri razı olmasın, ABŞ Avropa ölkələri arasında yenidən dərin siyasi böhran yaratsın”.

M.Əsədullazadə vurğulayıb ki, Ukrayna real olaraq danışıqlar və atəşkəsdə maraqlıdır:

“ABŞ və Avropa ölkələri Ukraynaya hərbi yardımları artırarsa, cəbhə xəttində Rusiya qoşunlarına ciddi zərbə vurularsa, Kreml atəşkəsə gedəcək. İndi Rusiya atəşkəsə tələsmir. Buna baxmayaraq müsbət irəliləyişlər mümkündür”.

Firuzə Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 May 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see252

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see232

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see209

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see208

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see207

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see190

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see188

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see183

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see160

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see157

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see151

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see151

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see150

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see144

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri