Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

Rusiya Ukrayna danışıqları: Tərəflər İstanbul görüşündən nə gözləyir? TƏHLİL

Rusiya Ukrayna danışıqları: Tərəflər İstanbul görüşündən nə gözləyir? TƏHLİL

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya və Ukrayna arasında mayın 15-də Türkiyədə keçirilməsi planlaşdırılan görüş dünya gündəmini zəbt edib. Türkiyə bu görüşü diplomatik vasitəçilik missiyası kimi önəmli hesab edir, tərəflər arasında dialoqun inkişafı üçün fürsət olaraq dəyərləndirir. Ankara, həmçinin, bu görüşün gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həllinə doğru atılacaq mühüm addım olacağına ümid edir. Ancaq Rusiya Prezidenti Vladimir Putinin bu görüşdə iştirak edib-etməyəcəyinin dəqiqləşməməsi danışıqların nəticələrinin necə olacağı barədə sualların yaranmasına səbəb olub.

Qeyri-rəsmi məlumatlara görə, İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək. Ekspertlər Rusiyanın bu mövqeyinin görüşün gələcək uğuru ilə bağlı müəyyən qeyri-müəyyənliklər yaratdığını düşünürlər.

Ukraynalı hərbi politoloq Aleksandr Kovalenko APA-ya açıqlamasında bildirib ki, Rusiyaya etibar etmək və inanmaq olmaz: “O, sadəcə, imitasiya yaradır. Hazırda Rusiya qoşunları 2025-ci ilin yay kampaniyasına hazırlaşır. Onlar yayda genişmiqyaslı hücuma keçəcəklər. Yəni, baş tutacaq istənilən görüş, əslində, yalnız imitasiya xarakteri daşıyacaq. Rusiya real diplomatiya ilə məşğul olmayacaq, çünki hücum kampaniyasının növbəti mərhələsinə hazırlaşan bir tərəf diplomatiyadan danışa bilməz. Bu, imitasiyadan başqa bir şey deyil. Volodimir Zelenski yalnız Putinlə danışacaq. Orada kim olur-olsun - Sergey Lavrov və ya başqası - fərq etmir. Zelenski birbaşa Putinə çağırış edib. Putin isə bu çağırışı hələlik qəbul etməyib. O, əslində, qorxur, çünki hazırda çox narahat vəziyyətdədir və bu cür dialoqa hazır deyil. Ehtimal ki, heç vaxt da hazır olmayacaq, çünki hər keçən gün həm onun, həm də ümumilikdə Rusiyanın vəziyyəti yalnız pisləşir və daha da qeyri-sabit hal alır. Bu səbəbdən, bəli, Volodimir Zelenski Putindən başqa heç kəslə danışmayacaq. Amma yuxarıda sadalanan bütün amilləri nəzərə alaraq, çox güman ki, ümumiyyətlə heç kimlə danışmayacaq”.

Rusiya real danışıqlarda maraqlıdırmı?

Rusiya Federasiyasının mövcud geosiyasi mövqeyi, həm sahədəki hərbi dinamika, həm də Qərbin artan sanksiyaları fonunda dəyərləndirildikdə, Moskvanın bu mərhələdə tammiqyaslı sülh danışıqlarına ciddi yanaşdığı şübhə doğurur. Eyni zamanda bu, Kremlin hələlik razılaşmalara açıq olmadığının simvolik göstəricisi kimi də dəyərləndirilə bilər.

Kovalenko Rusiyanın bu cür görüşlərə və dialoqa hazır olmadığını bildirib: “Rusiya görüşlərə hazır deyil. O, hələ də dərk etmir ki, Ukraynaya qarşı irəli sürdüyü ultimatumlar qəbul olunmur, buna baxmayaraq, hələ də Ukrayna ilə ultimatum dili ilə danışmağa çalışır. Bu səbəbdən Rusiya üçün belə bir görüşdə hər hansı məsələnin müzakirəsi üçün diplomatik əsas yoxdur. Digər tərəfdən, Ukrayna üçün Prezident Volodimir Zelenskinin Türkiyədə iştirakı faydalı olacaq. O, heç olmasa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Türkiyə ilə Ukraynanın yaxın mövqelərini, qarşılıqlı dəstəyə əsaslanan möhkəm münasibətlərini nəzərə alsaq, onunla müzakirə ediləcək bir çox məsələ var. Hazırda Rusiya danışıqlarda maraqlı deyil. Bütün əlamətlər bunu göstərir. Rusiya tərəfi iki dəfə atəşkəs elan etmişdi – pasxa və may ayı atəşkəsi. Lakin onların heç birinə özü əməl etmədi. Pasxa atəşkəsi zamanı hücumlar davam etdi, 8, 9 və 10 may tarixlərində də hücumlar baş verdi. Üstəlik, may atəşkəsi dövründə Rusiya qoşunlarının orta gündəlik hücum sayı 190-195 təşkil edirdi, halbuki aprel ayında bu göstərici 150-160 idi. Yəni, atəşkəs dövründə hücumlar daha da artdı. Bunu atəşkəs adlandırmaq mümkün deyil, heç cür...”

Putinin görüşə qatılmaması danışıqlara necə təsir edə bilər?

Vladimir Putinin şəxsən görüşdə iştirak etməməsi bu danışıqlara ciddi mənfi təsir göstərə bilər. Liderlərin birbaşa iştirakı danışıqlara həm siyasi çəki, həm də nəticə əldə olunması baxımından impuls verir. Putin olmadan Rusiya tərəfi danışıqlarda daha çox texniki və taktiki səviyyədə təmsil olunacaq ki, bu da razılaşmaların əldə olunmasını çətinləşdirir.

Ukraynalı politoloq qeyd edib ki, Putin hətta bu danışıqlara qatılmış olsaydı belə, danışıqlar prosesinə müsbət təsir etməzdi: “Putin sülh haqqında danışmağa hazır deyil. Yəni, onun danışıqlarda olub-olmaması nəticəyə təsir etməzdi. Nəticə eyni olardı – heç nəyə nail olunmazdı. Lakin onun danışıqlara qatılmaqdan imtina etməsi onun özü üçün reputasiya itkisi olar. Bu, Zelenskinin Putinə birbaşa çağırışı idi. Putin bu çağırışdan yayınmaqla, zəif tərəf olduğunu göstərmiş, eyni zamanda birbaşa dialoqa hazır olmadığını nümayiş etdirmiş olacaq. Kremldən tez-tez eşidilən aqressiv və pafoslu ritorikaya baxmayaraq, bu davranış Kremlin bəyanatları ilə tam ziddiyyət təşkil edir. Odur ki, bu vəziyyətdə heç nə itirdiyimizi demək olmaz – əksinə, bu, bir daha göstərir ki, Rusiya sülh istəmir. Putin isə təkbətək, şəxsi danışıqlarda kifayət qədər zəif tərəfdaşdır, özünə inamı yoxdur. Yəni, yaxın vaxtlarda bu görüş, heç olmasa, yuxarıda sadalanan səbəblərə görə baş tutmayacaq”.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini, politoloq Darya Qrevtsova isə APA-ya açıqlamasında bildirib ki, Putinin İstanbulda danışıqlarda şəxsən iştirak etməməsi Zelenskinin şou xarakterli çıxışlarının qarşısını alaraq, prosesi daha konstruktiv edə bilər.

Fikrimcə, Putinin şəxsən İstanbuldakı danışıqlara getməməsi dialoqa müsbət təsir göstərəcək. Çünki biz bilirik ki, Zelenski şouya çox meyllidir, siyasətə şou-biznesdən gəlib. Danışıqlarda şou tərzində hadisə yaratmaq onun əsas məqsəd olardı. Bu səbəbdən Putin danışıqlarda iştirak etməyəcəksə, heç bir şou da olmayacaq. Nəticədə, danışıqlar daha konstruktiv şəkildə keçəcək. Rusiya tərəfdən danışıqlara xarici işlər naziri və Prezidentin köməkçisi Uşakov qatılacaq. Beləliklə, bu, iki liderin görüşlərindən əvvəl hazırlıq mərhələsi olacaq, iki ölkənin nümayəndələri arasında daha yüksək səviyyədə müzakirə edilə biləcək məsələlər üçün təməl təşkil edəcək. Bu mərhələ gələcəkdə Rusiya və Ukrayna prezidentləri arasında müzakirə oluna bilər. Deməli, Putin iştirak etməyəcək, beləliklə, orada heç bir şou və farsa yol verilməyəcək, danışıqlar daha konstruktiv işgüzar şəkildə davam edəcək. Bu, şübhəsiz ki, sülhün qurulması üçün daha çox faydalıdır, nəinki kütləvi informasiya vasitələri üçün provokativ açıqlamalar... Hamı çox yaxşı anlayır ki, Zelenski Putinlə bu danışıqlarda böyük səs-küy yaradardı. Müharibə tərəfdarları olan Avropa ölkələri, şübhəsiz ki, buna etiraz edəcək, amma qalanlar başa düşür ki, dialoqu müxtəlif səviyyələrdə aparmaq lazımdır və ilk növbədə, təməl hazırlamaq, ölkələr arasında körpülər qurmaq üçün məlumat toplamaq vacibdir. Bunu məhz Rusiya və Ukraynanın işgüzar formatda olan nümayəndə heyəti edəcək”, - deyə ekspert vurğulayıb.

Sülh gözləntiləri nə dərəcədə realdır?

Hazırkı mərhələdə sülh gözləntiləri çox da real görünmür. Ən yaxşı halda tərəflər arasında humanitar məsələlər, müvəqqəti atəşkəs və əsir mübadiləsi kimi texniki məsələlərdə razılaşmalar əldə oluna bilər. Strateji və siyasi səviyyədə isə dərin fikir ayrılıqları qalır – xüsusilə də Ukraynanın ərazi bütövlüyü, Krım və Donbas məsələləri ilə bağlı... Bu səbəbdən danışıqlardan tammiqyaslı sülh gözləmək hazırkı kontekstdə inandırıcı deyil.

Ukraynalı politoloq Kovalenko da İstanbul danışıqları nəticəsində sülh əldə olunmayacağını düşünür: “Hətta deyərdim ki, ümumiyyətlə, 2025-ci ildə hansısa sülh perspektivi də Zelenski ilə Putinin 15 may görüşü qədər illüziya kimi görünür. Odur ki, bu danışıqlardan böyük ümidlər gözləməyə dəyməz. Bu platforma Ukrayna üçün əlverişli olsa da, istənilən diplomatik səylər yenə də Rusiya tərəfindən pozulacaq. Çünki bu gün Rusiya sülhlə qətiyyən maraqlanmır. Maraqlanmadığı üçün də yalnız imitasiya ilə məşğul olacaq, real diplomatiya aparmayacaq”.

Ukrayna tərəfi, görüşün baş tutub-tutmayacağına dair ehtiyatlı təxminlər irəli sürür, çünki onlar Rusiya tərəfinin səmimiyyətini və danışıqlara nə qədər ciddi yanaşacağını hələ də tam dəqiq bilmirlər. Ukrayna rəhbərliyi görüşün yalnız Rusiya tərəfindən real diplomatik irəliləyiş və atəşkəslə bağlı konkret təkliflər irəli sürüləcəyi halda faydalı olacağına inanır.

Mən tam əminliklə deyə bilərəm ki, bu görüş baş tutmayacaq. Ukrayna bu gün özünü sivil, demokratik ölkə kimi aparır və mürəkkəb münaqişəni diplomatik yolla həll etmək imkanını əldən vermir. Biz hər hansı demokratik və sivil Avropa dövləti kimi problemi qan tökməklə deyil, diplomatiyaya şans verməklə həll etməyi üstün tuturuq. Rusiyanın mövqeyi isə tamamilə fərqlidir. Biz dəfələrlə dialoqa hazır olduğumuzu nümayiş etdirmişik – amma qəbulolunan dialoqa, yəni ultimatumlar və diktə formasında olmayan dialoqa. Rusiya isə bu cür dialoqa getmir. Tarixi kontekstdən yanaşsaq, əminliklə bildirmək olar ki, bu münaqişə çərçivəsində Rusiyanın əsl kimliyi və xarakteri açıq şəkildə üzə çıxır. Rusiya revanşist, yırtıcı və işğalçı məqsədlər güdən ölkədir. Bu ölkə ilə dialoq mümkündürsə də, bu, çox uzun və çətin bir proses olacaq və əksər halda zaman boşa sərf ediləcək. Biz bunu beynəlxalq ictimaiyyətə də nümayiş etdiririk ki, onlar da başa düşsünlər - Rusiya kimdir və onunla necə danışmaq lazımdır? Yalnız təzyiq dili ilə. Rusiya yalnız güc dilini anlayır. Biz də bunu çatdırmağa çalışırıq”, - deyə Kovalenko əlavə edib.

Darya Qrevtsova isə bildirib ki, danışıqların çətin və mürəkkəb keçəcəyi gözlənilir, lakin dialoqun başlanması müharibədən sonra sülhə doğru atılmış ümidverici addımdır: “Hansı tərəflərin nə ilə razılaşacağı və ya razılaşmayacağı barədə dəqiq bir şey söyləmək çətindir, amma ehtimal etmək olar ki, bu danışıqlar çox mürəkkəb olacaq. Çünki bu, bir neçə illik müharibədən sonra keçirilən ilk danışıqlar olacaq. Tərəflərdən hər birinin münaqişəni həlli barədə öz baxışları və arzuları var. Onların nə qədər uyğunlaşacağı və anlaşma əldə edəcəyi isə qeyri-müəyyəndir. Çox güman ki, ilk dəfə real kompromis əldə etmək mümkün olmayacaq. Lakin ən azından dialoqun başlanması və bərpa edilməsi artıq çox müsbət addımdır, çünki istənilən müharibədə yalnız dialoq vasitəsilə sülh yaratmaq qurmaq mümkündür. Tərəflər nə qədər tez danışıqlar masası arxasına oturarsa, həm onlar, həm də bütün dünya icması üçün o qədər yaxşı olar”.

Rusiya-Ukrayna danışıqlarında Türkiyənin rolu

Ukraynalı politoloq Kovalenko Türkiyənin Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma rolu oynamasından da danışıb: “Türkiyə bu cür görüşlər üçün platforma olacaq və əsasən bu, İstanbulda baş verəcək, çünki Rusiya tərəfi Ankarada görüşməyə razı deyil. Görünür, bu, onların daxili tarixi komplekslərindən irəli gəlir. Ümumilikdə, Türkiyə indi diplomatik səylər üçün şərti tənzimləyici platforma təqdim etmək baxımından aparıcı mövqelərdən birini tutur. Biz bu platformadan tam razıyıq, çünki Ukrayna ilə Türkiyə arasında uzun illərə dayanan dostluq münasibətləri mövcuddur. Bundan əlavə, Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski arasında çox yaxşı kommunikasiya qurulub. Ərdoğan, eyni zamanda, kifayət qədər təcrübəli, praqmatik və rasional siyasətçidir. O, Donald Tramp kimi qeyri-sabit deyil, onunla dialoq aparmaq və razılığa gəlmək daha asandır. Əgər danışıqlar prosesi Türkiyəyə keçirilsə və Tramp Administrasiyası buna razılıq versə, bu, Ukrayna üçün çox müsbət siqnal olacaq”.

Rusiyalı politoloq Qrevtsova isə Türkiyənin danışıqlar üçün platforma rolunu oynasa da, əsas dialoqun Ukrayna, Rusiya və ABŞ arasında getdiyini, Ankaranın vasitəçilikdən kənar əlavə rolunun hələlik qeyri-müəyyən olduğunu vurğulayıb.

“Türkiyə hazırda danışıqlar üçün infrastruktur təmin edir, vasitəçilik rolunu isə Amerika Birləşmiş Ştatları yerinə yetirir. Bu dialoq və danışıqlar Ukrayna, Rusiya və ABŞ arasında baş tutacaq. Türkiyə isə burada, əsasən, danışıqların keçirilməsi üçün platforma rolunu oynayır. Əgər Türkiyə bu danışıqlarda özünə başqa bir rol taparsa, şübhəsiz ki, bu, müsbət qarşılanacaq. Lakin əsas məsələlər Ukrayna, Rusiya və ABŞ ilə bağlı olduğundan Türkiyənin burada hansı rolu oynayacağı, bu rolun nə dərəcədə açıq və müsbət olacağı bəlli deyil”, - deyə rusiyalı ekspert əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 May 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see243

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see209

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see192

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see151

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see149

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see146

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see138

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see132

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see131

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri