Icma.az
close
up
RU
“Rusiya da başa düşdü ki, Azərbaycan heç də asan hədəf deyil” TÜRKİYƏLİ POLİTOLOQ

“Rusiya da başa düşdü ki, Azərbaycan heç də asan hədəf deyil” TÜRKİYƏLİ POLİTOLOQ

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycan üçün son dərəcə müsbət nəticələr verən və ölkənin siyasi mövqeyinə mühüm psixoloji təsir göstərən tədbir oldu”.

Bunu Gununsesi.info-ya açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Həsən Oqtay bildirib.

O, vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasındakı mövcud gərginlik fonunda İran, Türkiyə və Pakistanın Azərbaycanın yanında olması bir neçə baxımdan böyük əhəmiyyət daşıyır.

“Bu həm də göstərdi ki, Azərbaycan – Türk dünyasını Şərqlə Qərb arasında birləşdirən keçid coğrafiyası olaraq – nə qədər strateji önəm daşıyır. Eyni zamanda, Rusiya da başa düşdü ki, Azərbaycan heç də asan hədəf deyil.

1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Rusiya Ermənistan vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışırdı. 2024-cü ilin dekabrında isə Rusiya bu dəfə AZAL-a məxsus sərnişin təyyarəsini vurmaqla təzyiq siyasətini davam etdirməyə çalışdı. Məhz bu kontekstdə Xankəndidə keçirilən ECO Zirvə görüşü bir daha sübut etdi ki, Azərbaycan regionda asanlıqla yönəldiləcək və ya basqı altına salınacaq dövlət deyil.

Türkiyə, Pakistan və İranın Cənubi Qafqaz məsələsində Azərbaycana verdiyi dəstək, ölkənin regionda inkişaf etməsinə və ən önəmli aktora çevrilməsinə mühüm töhfə verdi.

1828-ci il Türkmənçay müqaviləsinin Rusiya və İran türkləri tərəfindən imzalanması nəticəsində Türküstan türkləri ilə Anadolu türkləri arasında böyük bir parçalanma baş vermişdi. İndi isə İranın regionla bağlı strategiyası Prezident Məsud Pezeşkian vasitəsilə dəyişməyə başlayır. Türkiyə–Azərbaycan–Ermənistan üçtərəfli barış anlaşmasının imzalanması ilə Cənubi Qafqazda yeni güc balansının formalaşmasına imkan verilməməli və artıq Türk dünyasının gələcəyi birlikdə düşünülməlidir.

Rusların Çarlıq dövründən Sovetlər birliyinə, oradan da federasiya mərhələsinə qədər yürütmüş olduqları Cənubi Qafqaz siyasəti artıq öz ömrünü başa vurub. Cənubi Qafqazın Türk dünyası üçün strateji əhəmiyyət daşıdığı bir şəraitdə, bu bölgədə artıq söz sahibi olmaq mərhələsi türklər üçün başlanmış sayılır.

Rusların ermənilər üzərində həyata keçirdiyi siyasət artıq iflasa uğrayıb. Bundan sonrakı mərhələdə Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülhü reallaşarsa və eyni zamanda İranda sistem dəyişikliyi baş verib türklərin idarə etdiyi bir İran gerçəkliyi ilə qarşılaşsaq, həm Türküstanın, həm də Cənubi Qafqazın geosiyasəti nəhayət ki, olması gərəkən strateji məcraya oturacaq”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 İyul 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri