Icma.az
close
up
RU
Ramiz Mehdiyev və Abbas Abbasovla bağlı illər əvvəl həyəcan təbili çalan diplomat... Onlar ən ağır şəkildə cəzalanmalıdır

Ramiz Mehdiyev və Abbas Abbasovla bağlı illər əvvəl həyəcan təbili çalan diplomat... Onlar ən ağır şəkildə cəzalanmalıdır

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Prezident Administrasiyasının keçmiş aparat rəhbəri Ramiz Mehdiyevin hakimiyyəti zorla ələ keçirmək, dövləti xəyanət və digər planları yaxın tarixin səhifələnməsinə münbit şarait yaradıb.

Mia.az xəbər verir ki, vaxtilə Ramiz Mehdiyevin sayəsində yüksək vəzifə, mandat, böyük var-dövlət əldə edənlərin onu və yandaşlarını necə vəsf etmələri barədə dövrü mətbuatda faktlar ortaya çıxır və haqlı olaraq indi onların "timsah göz yaşı" axıtmaları səmimi qəbul olunmur.

Ancaq bu yerdə xüsusilə qeyd edək: çox az sayda nüfuzlu şəxslər var, olub ki, hələ 10-15 il əvvəl Ramiz Mehdiyev və onun çətir altında olanları, o cümlədən Rusiyada dərin kök salaraq Azərbaycana diş qıcayan Baş nazirin sabiq müavini Abbas Abbasov barəsində öz sözünüi xalqa açıq platformalarda - media orqanlarında çəkinmədən deyiblər. 

Belələrindən biri də o zamanlar Azərbaycanın Rusiyadakı Səfirliyində səfirin birinci müavini olan, hazırda isə ölkəmizin Rumıniyada səfir kimi təmsil edən Qüdsi Osmanov olub.

Məlumat üçün qeyd edək ki, Q.Osmanov hələ Rusiyada səfir müavini olarkən Ramiz Mehdiyevin "gizli çubuğu" hesab edilən Abbbas Abbasovun orada diaspor təşkilatlarımızdakı çaxnaşmasına, onun "Azərros" təşkilatının pərdəsi altında  Azərbaycandakı seçkilərə müdaxilə etmək, buradakı hakimiyyəti laxlatmaq cəhdlərinə qarşı çox böyük cəsarət nümunəsi ortaya qoyub. Bəli, Qüdsi Osmanov bəlkə də yeganə vəzifəli şəxs, yeganə diplomat olub ki, Rusiyada bəlli dairələrin qoruması altında olan Abbas Abbasova - dolaysı ilə Ramiz Mehdiyevə açıq şəkildə savaş açıb, onların Rusiyada ölkəmizə qarşı planları və formalaşdırdıqları qondarma təşkilatın dağılmasında mühim rol oynayıb.

Qüdsi Osmanov bu barədə o dövrdə bir çox mətbu orqanlarında müsahibələr də verib. Onun Ramiz Mehdiyevin böyük güc sahibi olduğu dövrdə "Yeni Müsavat"dakı müsahibəsindəki bu sətirlərə baxaq: 

"...Bu məsələlərin hər birinin arxasında Ramiz Mehdiyev dururdu. Və təbii ki, o, bu adamların hamısına himayədarlıq edirdi. İndi bir-bir hamısını dövlət cəzalandıracaq. Onlar bunu haqq edirlər. Ancaq demək lazımdır ki, sonu çox böyük uğurla nəticələnmiş olsa belə, bu, ağrılı prosesdir..."

Və yaxud onun 01 sentyabr 2015-də Vesti.az-daki müsahibəsinə Abbas Abbasovun ölkəmizə qarşı pozuculuq fəaliyyətini necə açıq mətnlə dilə gətirməsinə nəzər yetirək:

https://vesti.az/politika/xeber__color_red___abbas_abbasov_ushel__no_problemy__kotorye_on_ostavil__predstoit_vsem_nam_eshhe__reshat____color__-261710

Bu müsahibədə diplomat çox aydın şəkidə Baş nazirin sabiq müavini Abbas Abbasovun "fəaliyyəti"n toxunur və cənab Prezidentin təlimatına uyğun olaraq, Rusiyadakı soydaşlarımıza necə diqqət göstərmələrindən söz açıb, həmçinin Azərbaycanın görmək istədiyi gerçək ziyalılardan ibarət, Vətəninə şəksiz bağlı diaspor təşkilatınn vacibliyinə toxunub. 

Bu yerdə xatırladaq ki, Qüdsi Osmanov yuxarıda qeyd edilən müsahibədən bir ay əvvəlki açıqlamasında Abbas Abbasovvun şəxsi ambisiyadan çıxış edərək, diaspor təşkilatında hansı "hoqqa"da çıxmasını da sadalayıb.

Oxu: https://vesti.az/politika/xeber___u_abbasa_abbasova_byla_dogovorennost_s_armyanskim_lobbi_o_tom__chto______-255661

Bəlkə də bu bəziləri üçün sadə bir hadisə kimi görünə bilər. Lakin unutmayaq, hazırda Ramiz Mehdiyevlə çiyin-çiyinə hallanan Abbas Abbasov da o zaman Rusiyada çox ciddi gizli əlaqələrə və gücə sahib olub. Bu güc bəlkə də bu gün də var...

Hə, onu da unutmayaq, o vaxt Abbas Abbasovun erməni diasporunun nüfuzlu liderləri ilə Avropada görüşüb Azərbaycanda hakimiyyətə ələ keçirməyə dəstək şərtiylə yeni neft anlaşmaları təklif etməsi haqda da yazılıb. Bunu ona görə xatırladırıq ki, o zamandan ölkəmizə qarşı bir araya gələn çox böyük güclərə qarşı dayanmaq asan deyildi...

Və yaxud elə Rumınıyadakı sabiq səfir Eldar Həsənov və onun əslində, həbsininin gizlinlərini götürək... 

Yəni, bir çox təlatümlü hadisələri, o ağır illəri və bir çox təhlükəli aspektləri nəzərə aldıqda, yalnz və yalnız Azərbaycan dövlətinə, onun liderinə güvənən Qüdsi Osmanovun etdiklərini hər adam da edə bilməzdi... 

Bəli, sadalan və sadalanmayan onlarla müsahibə, açıqlamalar göstərilə bilər ki, Q.Osmanov orada şəxsi bacarıq və cəsarətli addımları ilə Azərbaycana, onun liderinə, xalqına nə qədər bağlı olduğunu hələ 10-15 il əvvəl, özü də  kritik vəziyyətlərdə sübut etmiş olub.

O, sözün əsl mənasında zamanında həyatını, karyerasını təhlükəyə ataraq, Prezident İlham Əliyevə - Azərbaycana sarsılmaz sədaqətini dəfərərlə nümayiş etdirən tək-tük nüfuzlu insanlardan olub...

Bəli, bəlkə bir çox hadisələr zamanla bəziləri üçün ötəri də olsa unudula bilər, lakin TARİX HEÇ KİMİ VƏ HEÇ NƏYİ UNUTMUR!

F.Səfərli
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://mia.az
archiveBu xəbər 20 Oktyabr 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri