Rusiya daha bir kəndi ələ keçirdi, 1400 əsgər öldü
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Silahlı Qüvvələri Xarkov vilayətinin Kondraşovka kəndini ələ keçiriblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Döyüşlər nəticəsində Ukrayna ordusunun 1495 hərbi qulluqçusunun həlak olduğu açıqlanıb.
“Ukrayna Silahlı Qüvvələrinin üç mexanikləşdirilmiş briqadası, beş ərazi müdafiə briqadası, ki milli qvardiya briqadasının və Ukrayna sərhəd xidmətçilərindən ibarət qrup zərərsizləşdirilib. Ukrayna 13 döyüş zirehli texnikası, o cümlədən Amerika istehsalı olan M113 zirehli transportyoru itirib.Rusiya Silahlı Qüvvələri həmçinin Ukrayna Silahlı Qüvvələrinə məxsus 83 avtomobili, 11 səhra artilleriya silahını, 19 sursat anbarını və səkkiz elektron müharibə (EW) məntəqəsini məhv edib”, – bəyanatda qeyd olunur.
Əliyar Xəlil
Globalinfo.az


