Icma.az
close
up
RU
“Rusiya dedikləri torpaqlar Rusiya deyil”

“Rusiya dedikləri torpaqlar Rusiya deyil”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Rusiya həqiqətən də nadan, nankor və vəhşi təbiətli dövlətdir. Yəni bu dövlət insanlar üçün can güvənliyini təmin edə bilməyən, qanunlara məhəl qoymayan bir təhlükədən ibarətdir. Ona görə biz həmişə çağırışlar edirik ki, ümumiyyətlə, Rusiya imperiyasi mütləq və mütləq SSRİ, Çar Rusiyası kimi dağılmalıdır. Yəni Rusiyanın işğal və istibdad altında saxladığı xalqlara azadlıq verilməlidir. O xalqlar öz müstəqil dövlətlərini qurmalı və rusların əsarətindən qurtulmalıdırlar. Deputatlar Yevgeni Popov və Nikolay Valuyev Rusiyada azərbaycanlılara aid şirkətlərin müsadirə edilməsi və s. kimi vəhşi təkliflər irəli sürür. Azərbaycanlı dedikləri də Rusiya vətəndaşlarıdır. Milliyəti, etnik kimliyi nəzərə alaraq onlara qarşı deputatlar, Dövlət Duması səviyyəsində belə fikirlər səsləndirilirsə, deməli, bu dövlət doğrudanda vəhşi dövlətdir. Yəni müasir dövrün tələblərinə cavab verməyən dövlətdir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

A.Həsrətin sözlərinə görə, diaspor təşkilatlarının qapadılmasına gəlincə, Rusiya onsuz da Azərbaycan diaspor təşkilatlarını darmadağın edərək azərbaycanlıları pərən-pərən salıb: “Yaxud da Rusiya vətəndaşı olan azərbaycanlıların mütləq məcburi şəkildə Ukraynaya müharibəyə göndərilməsinə edilən çağırış. Bu da bu dövlətin vəhşi təbiətindən irəli gəlir. Yəni etnik mənsubiyyətinə görə insanları müharibəyə göndərmək istəyirlər. Görürsünüzmü, bu, nə qədər təhükəli bir dövlətdir? Bizim ölkəmizdə olan ruslara heç gözün üstündə qaşın var deyən varmı? Yaxud da Rusiyada bütün bu bəlalar başımıza gətirilərkən Azərbaycanda bir nəfər vətəndaşımız çıxıb dedimi ki, Azərbaycandakı ruslara qarşı nəsə edək? Biz bunu etmərik. Çünki mədəni millətik, Rusiya kimi vəhşi dövlət deyilik. Azərbaycandakı ruslar bizim vətəndaşımızdırsa, bununla məsələ qapanır. Yəni onlara etnik mənsubiyyətinə görə hər hansı mənfi bir münasibətdən söhbət gedə bilməz. Azərbaycanda vətəndaşlar etnik mənsubiyyətindən, dini yönündən asılı olmayaraq hamısı bərabərhüquqludur”.

Siyasi şərhçi vurğulayıb ki, amma Rusiyada bunu edə bilmirlər və buna görə də bu cür vəhşi təbiətli çağırışlar edirlər: “Ona görə də biz həmişəki fikrimizin üstündə qalırıq ki, Rusiyanın bu cür vəhşiliklərindən qurtulmanın tək yolu o qanlı imperiyanın çökdürülməsi, Rusiyanın tərkibindəki xalqların azadlığa qovuşmasıdır. O zaman azərbaycanlıların da heç bir problemi olmayacaqq. Əslinə qalanda isə Rusiya dedikləri torpaqlar Rusiya deyil. Azərbaycanlılar Rusiyada yaşamırlar, azərbaycanlılar böyük hesabla qədim türk torpaqlarında yaşayırlar. Sadəcə o türk torpaqları indi Rusiyanın işğalı altındadır”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:328
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Fevral 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri