Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 30 sentyabr, AZƏRTAC
Rusiya hökuməti dizel, gəmi yanacağı və kerosinin ixracına qoyulan qadağanın müddətini oktyabrın 31-na qədər uzadıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hökumətin yazılı açıqlamasında müəyyən yanacaq növlərinin ixracına qoyulan qadağanın müddətinin daxili yanacaq bazarında sabitliyi qorumaq üçün uzadıldığı bildirilir.
Dizel, gəmi yanacağı və kerosin ixracına qoyulan qadağa oktyabrın 31-dək uzadılıb, benzin ixracına qoyulan qadağa isə 2027-ci il yanvarın 31-dək qədər davam edəcək.
Qeyd edək ki, Ukraynanın Rusiya neft emalı zavodlarına dron hücumları səbəbindən ölkədəki çoxsaylı obyektlərdə təmir işləri aparılır və müəyyən bölgələrdə yanacaq satışına bəzi məhdudiyyətlər tətbiq olunur. Rusiya hökuməti bu tədbirlərin bir hissəsi olaraq benzin və dizel yanacağının ixracını qadağan etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 30 Sentyabr 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















