Rusiya Donetskdə Pirr qələbəsi qazanır: Nə ordu qalacaq, nə texnika...
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Rusiya Donetskdə Pirr qələbəsi qazanır. Bu gedişlə Rusiyada nə ordu qalacaq, nə texnika...
Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşr bildirib ki, son aylar Rusiya nəyin bahasına olursa-olsun Donets istiqamətində irəliləməyə çalışır ki, bu da ona böyük itkilər hesabına başa gəlir. Belə ki, Rusiya Donetskdə əldə etdiyi uğurlar müqabilində böyük miqdarda canlı qüvvə və xeyli hərbi texnika itirib ki, bu da əsgər qıtlığı yaşayan Rusiya üçün ciddi problemdir. Rusiya itkilər hesabına cəbhənin bir çox istiqamətlərində irəliləyişə nail olsa da, hərbi potensialın sürətlə tükənməsi gələcək hücum perspektivini əhəmiyyətli şəkildə azaldır.
Nəşr onu da qeyd edib ki, Kreml itkilər haqqında səbrlə sussa da, bu, yalançı soyuqqanlılıqdır və Moskva yaxın vaxtlarda bu barədə əvvəlki təmkinlə susa bilməyəcək.
Seymur ƏLİYEV
Baxış sayı:93
Bu xəbər 12 Dekabr 2024 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















