Icma.az
close
up
RU
Rusiya, əslində, enişə icazə verməliydi...

Rusiya, əslində, enişə icazə verməliydi...

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AZAL-a məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğramasından sonra aparıcı beynəlxalq KİV-lər tərəfindən ciddi iddialar yayılıb. Bu iddialarda mülki təyyarənin qəzaya uğramasına səbəb kimi Rusiya raketi göstərilib. Bu isə beynəlxalq Konvesiyalarının tələblərinin pozulması deməkdir.

“Qafqazinfo” xəbər verir ki, beynəlxalq hava hüququ sahəsində ən mühüm akt 1944-cü ildə imzalanmış Beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasıdır. 

Azərbaycan bu Konvensiyanın iştirakçısıdır. Rusiya isə bu Konvensiyaya 1970-ci ildə qoşulub. 

Konvensiyada iştirakçı dövlətlərin ərazisi üzərindən uçuş qaydaları, mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər öz əksini tapıb. Bu prinsiplərə dövlətlər tərəfindən ciddi surətdə riayət edilməlidir. Əks halda dövlətlər arasında beynəlxalq hava əlaqələrinin həyata keçirilməsi mümkün ola bilməz. 

Qəzadan sonra sosial şəbəkədə bəzi istifadəçilər “İcazə verilməməsinə baxmayaraq, təyyarə Qroznıya enə bilməzdi?” kimi suallar da verirlər. Bu suala cavab olaraq bildirək ki, Konvensiyanın tələblərinə görə, dövlətin ərazi hüdudlarında uçuş zamanı və ya bu ərazidə olarkən, əcnəbi hava gəmiləri həmin dövlətin müəyyən etdiyi müvafiq qanun və qaydalara ciddi surətdə riayət etməlidir. 

“Euronews”un yaydığı məlumatda qeyd olunub ki, pilotların təcili enişlə bağlı müraciətlərinə baxmayaraq, zədələnmiş təyyarəyə Rusiyanın hava limanlarında yerə enməyə icazə verilməyib və heyətə Xəzər dənizi üzərindən Aktau istiqamətində getməsi bildirilib. Həmçinin qeyd edilib ki, dəniz üzərində bütün uçuş boyu təyyarənin GPS naviqasiya sistemi bloklanıb. 

Təyyarənin Xəzər dənizi üzərindən Aktauya getməsinə gəlincə, bu məqamda qeyd edək ki, müasir beynəlxalq hüququn müddəalarına müvafiq olaraq açıq dəniz və beynəlxalq dəniz boğazları üzərindəki hava məkanı bütün dövlətlərin hava gəmilərinin uçuşları üçün azaddır. Belə hava məkanına beynəlxalq hava məkanı kimi baxmalıdır. Beynəlxalq hava məkanının hüquqi rejiminin əsasını uçuşların azadlığı prinsipi təşkil edir. 

Açıq dəniz üzərində uçuşların azadlığı dövlətlərin beynəlxalq müqaviləyə qoşulmuş və hamı tərəfindən qəbul edilmiş prinsiplərinin, yəni açıq dənizin azadlığı prinsipinin tərkib hissəsidir. 1958-ci ildə “Açıq dəniz barəsində” Cenevrə Konvensiyası müəyyən edib ki, açıq dənizin azadlığı həmin dənizin üzərindəki hava məkanında uçuşların azadlığını özünə aid edir. Bütün dövlətlər açıq dəniz üzərindəki hava məkanında uçuş aparatlarının azad uçuşları həyata keçirmək hüququna malikdirlər. Bir sözlə, açıq dəniz üzərindəki hava məkanı hər hansı bir dövlətin hakimiyyət dairəsinə daxil deyil. 

Onu da xatırlatmaqda fayda var ki, 1996-cı ildə Azərbaycanla Rusiya arasında hava əlaqəsi haqqında Saziş təsdiqlənib.

Bu Sazişə görə, beynəlxalq hava əlaqələrinin həyata keçirilməsi üçün ilkin şərt olan mülki hava gəmisi, onun sərnişinləri və ekipajı üçün təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Razılığa gələn Tərəflər mülki aviasiyanın təhlükəsizliyinin qanunsuz müdaxilə aktlarından müdafiəsini təmin etmək üçün bir-birinə münasibətdə olan öhdəliklərinin, xüsusilə Çikaqo Konvensiyası, 1963-cü il 14 sentyabr tarixində Tokioda imzalanmış “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında Konvensiya”, 1970-ci il 16 dekabr tarixində Haaqada imzalanmış “Hava gəmilərinin qanunsuz zəbt edilməsinə qarşı mübarizə haqqında Konvensiya”, 1971-ci il 23 sentyabr tarixində Monrealda imzalanmış “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında Konvensiya” və onu tamamlayan 1988-ci il 24 fevral tarixində Monrealda imzalanmış beynəlxalq mülki aviasiyaya xidmət göstərən aeroportlarda qanunsuz zorakılıq hərəkətləri əleyhinə mübarizə haqqında Protokol çərçivəsində öhdəliklərinin bu Sazişin ayrılmaz hissəsini təşkil etdiyini yenidən təsdiq edirlər.

Razılığa gələn Tərəflər mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsinin və belə hava gəmilərinin, onların sərnişinlərinin və heyətinin, hava limanlarının və aeronaviqasiya vasitələrinin, habelə mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən digər qanunsuz hərəkətlərin, hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardımı göstərirlər.

Bir daha qeyd edirik, bir-birin bütün lazımi yardımı göstərirlər. Reallıq isə budur ki, Rusiya tərəfi bu Sazişə də əməl etməyərək təhlükə içində olan sərnişinləri daşıyan təyyarəni başqa istiqamətə yönəldib.

Halbuki yenə Sazişə görə, mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsi ilə bağlı hadisə və ya hadisə təhlükəsi, yaxud belə hava gəmilərinin, onların sərnişinlərinin və heyətin, hava limanlarının və aeronaviqasiya vasitələrinin təhlükəsizliyinə qarşı digər qanunsuz hərəkətlər baş verdikdə, razılığa gələn tərəflər belə hadisəni və ya təhlükəni sağlamlığa qarşı minimal risklə mümkün qədər tez aradan qaldırmaq məqsədi ilə kommunikasiyanı asanlaşdırmaqla və digər müvafiq tədbirlər görməklə bir-birinə kömək göstərirlər.

Qeyd edək ki, faciəvi təyyarə qəzasında 38 nəfər həlak olub, 29 nəfər isə xəsarət alıb. AZAL-ın Müşahidə Şurasının qərarına əsasən, xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödəniləcək. Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.

Emin Səfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Dekabr 2024 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see411

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see305

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see230

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see229

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see224

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see223

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see219

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see208

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see208

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see202

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see196

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see193

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see189

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see189

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see181

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see180

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see175

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see171

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see165

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri