Icma.az
close
up
RU
Vəziyyət nəzarətdən çıxır: əslində Rusiya müharibəni uduzdu..?

Vəziyyət nəzarətdən çıxır: əslində Rusiya müharibəni uduzdu..?

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Z-təbliğatçısı Rusiyanın zəifliyindən danışır...

...Və indi də deyilənlərə görə, Donald Tramp və Vladimir Putin arasında Alyaskada gözlənilən görüş Z icmasını yaman məyus edib.

Belə ki, rusiyalı təbliğatçı Maksim Kalaşnikov təəssüflə bildirib ki, müharibə tezliklə bitəcək, çünki Rusiya Federasiyası özünü çox zəif göstərib.

SİA-nın məlumatına görə, bunu “Dialoq” yazır.

Qeyd edək ki, müharibəyə qızğın dəstəyi ilə tanınan Kalaşnikov, mahiyyətcə Rusiya strategiyasının məğlubiyyətini etiraf etdiyi və hazırkı təmas xətti boyunca müharibənin tez bir zamanda dondurulacağını proqnozlaşdırdığı ətraflı təhlilini dərc edib. Kalaşnikovun sözlərinə görə, Trampın Putinlə görüşü artıq razılıq əldə olunduğunu göstərir.

...Əks halda, görüşməzdilər. Yəni, bizə sadəcə imza atmaq lazımdır.

Kalaşnikov yazır bunu və hesab edir ki, yeganə mümkün nəticə cəbhə xəttində münaqişənin dondurulmasıdır.

Z patriotu ərazilərin mübadiləsi variantına inanmır.

Z patriotun fikrincə, Putinin aqressiyanı dayandırmağa hazırlaşdığı əsas arqumentlərdən biri Rusiya iqtisadiyyatının kritik vəziyyətidir.

O, iddia edir ki, hərbi əməliyyatların davam etdirilməsi tamamilə çökməyə və nəticədə ölkə daxilində ciddi siyasi böhrana səbəb ola bilər.

...İqtisadi vəziyyətimiz nəzarətdən çıxır.

Bunu da Kalaşnikov yazır və vurğulayır ki, amerikalı analitiklər son iyirmi ildə “neft-qaz iynəsi”ndən qurtula bilməyən Rusiya maliyyə sisteminin zəifliyini yaxşı bilirlər.

Onun fikrincə, bu, ABŞ-ın təzyiq rıçaqına çevrilib. Kalaşnikov Rusiyanın ciddi texnoloji və hərbi geriliyini də etiraf edir.

O qeyd edir ki, qoşunlar keçilməz “dron xətti” – Ukrayna PUA-ları ilə doymuş 20 kilometrlik zona ilə üzləşib.

O, əmindir ki, rus ordusu qətiyyətli hücuma keçmək və mövqe dalanını qırmaq iqtidarında deyil.

Fakt budur ki, Donbası tam ələ keçirmək üçün bir sıra iri şəhərlərə hücum etmək lazım gələcək. Amma Rusiya ordusu bunu etməyə qadir deyil.

...Tramp açıq şəkildə görür ki, Rusiya Federasiyası mövqe dalanından çıxmaq üçün əməliyyat həyata keçirə bilməz. Yəni bizim ölkəmiz böyük məqsədlərlə heç bir həlledici yay hücumu həyata keçirməyə qadir deyil.

Deyim ki, Kalaşnikov bunu təəssüflə bildirir.

O, həmçinin qeyd edib ki, üç illik müharibədən sonra Ukrayna nəinki özünü uğurla müdafiə edir, həm də Rusiya Federasiyası üçün bir sıra son dərəcə ağrılı əməliyyatlar həyata keçirib.

Z-patriot Rusiya nüvə triadasının elementlərindən birinə təsir edən əfsanəvi SBU "Veb" əməliyyatını, Rusiya strukturlarına irimiqyaslı kiberhücumları, Rusiyanın arxa hissəsindəki enerji obyektlərinə zərbələr endirməsini və hava nəqliyyatını iflic vəziyyətinə saldığını xatırladır.

Əslində Rusiya müharibəni uduzdu. Onun davam etməsi rejim üçün həddən artıq təhlükə yaradır və görünür, Rusiya diktatoru onu susduracaq..?

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Avqust 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see326

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see281

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see264

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see262

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see257

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see249

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see237

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see227

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see227

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see226

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see224

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see224

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see219

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see213

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see211

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see210

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see206

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see201

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see193

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri