Rusiya Federasiyasının Əmək qəhrəman İrina Vinerdən Birinci vitse prezidenti xanım Mehriban Əliyevaya Novruz bayramı münasibətilə təbrik
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Hörmətli Mehriban xanım.
Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Təbiətin oyanışı, sülh, həmrəylik və əmin-amanlıq yolunda insanlar arasında münasibətlərin möhkəmlənməsini simvolizə edən bu bayram gözəl ənənələrlə və dərin məna ilə zəngindir. Bu əlamətdar bayram hazırda dünyada mühüm aktuallıq kəsb edən qarşılıqlı anlaşmanın, hörmətin və dəstəyin önəmini xüsusi qeyd edir. Qədim tarixə malik və mədəni irsin tərkib hissəsi olan Novruz yenilənmə, dirçəliş və yeni həyat dövrünün başlanğıcının rəmzidir.
Bu gözəl bayram münasibətilə Sizə möhkəm cansağlığı, səadət və Azərbaycan Respublikasının firavanlığı naminə mühüm dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm. Novruzun ölkənizə daha çox sevinc, rifah və əmin-amanlıq gətirməsini arzu edirəm.
Dərin hörmətlə,
İrina Viner
Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimai Palatasının Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrə Komissiyasının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 03 Aprel 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















