Icma.az
close
up
RU
Rusiya hakimiyyəti əhalini fərqli informasiya mənbələrindən məhrum edir

Rusiya hakimiyyəti əhalini fərqli informasiya mənbələrindən məhrum edir

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Tezliklə Rusiyada nə kitab, nə qəzet, nə də internet olacaq, yalnız televiziya fəaliyyət  göstərəcək..."

Dünən günün ikinci yarısında Dağıstan, Çeçenistan və İnquşetiya sakinləri internetə çıxışla bağlı problemlərlə üzləşib. 

Moderator.az xəbər verir ki, bu barədə "kavkaz-uzel.eu" nəşri məlumat yayıb. 

"WhatApp", "Telegram", "YouTube", "Yandex Go" və "Google" platformalarının servislərinə çıxışın olmadığı barədə provayderlərə çoxsaylı şikayətlərdən sonra rabitə operatorları izah edib ki, bu problemlər "Roskomnadzor"un internet şəbəkəsinin xarici seqmentinə çıxışının kəsilməsi ssenarilərinin işlənməsi üzrə təlimlər" səbəbindən baş verib. 

Dağıstanda ən iri provayderlərdən olan "Ellko" şirkəti öz abonentlərindən üzrxahlıq edib və qeyd edib ki, vəziyyətə heç cür təsir edə bilmir. 

"İnternet sabaha qədər heç bir xəbərdarlıq edilmədən kəsilib. Hətta bizə hansı saytların bloklandığı barədə məlumat verilməyib. Federallar qərar verib- federallar icra edib. Onlar istədikləri vaxt internetin kəsilməsini məşq etdirirlər. Bunun tez bir zamanda alınacağını yoxlayırlar", - "Enerqoinform" provayderin nümayəndələri deyib.

"Roskomnadzor" bəyan edib ki, təlimlərin gedişində rabitə operatorları ilə birlikdə "Rusiyanın internet şəbəkəsinin xaricdən qəsdən kəsiləcəyi halda həlledici əvəzləyici infrastrukturun işinin səmərəliliyi aydınlaşdırılır". İdarə qeyd edib ki, belə yoxlamalar hər il aparılır. 

Rusiya hakimiyyəti çoxdan və məqsədyönlü şəkildə rusiyalıları dövlət təbliğatından fərqli informasiya mənbələrindən məhrum edir.

On minlərlə sayt bloklanıb, oktyabr ayına olan məlumata görə, təkcə 2024-cü ildə 800 min resurs bloklanıb. Yüzlərlə nəşr ləğv edilib, rusiyalıların beynəlxalq KİV-lərə çıxışı yoxdur, müstəqil jurnalistlər isə ya həbsdədir, ya da xaricə qaçır.

Ölkədə hakimiyyətin fəaliyyəti ilə razı olmayan yazıçılar, musiqiçilər, rəssamlar, kinematoqrafçılar təqib edilir.

Hələ Ukraynaya qarşı tammiqyaslı müharibədən öncə 2019-cu ildə Rusiyada "Suveren internet" haqqında qanun qəbul edilib.

Ekspertlərin fikrincə, bu qanun Rusiyanın şəbəkələr seqmentinin xarici seqmentdən ayrılmasına və ayrı-ayrı regionlarda internetin tamamilə bloklanmasına yönəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2024 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri