Icma.az
close
up
RU
Rusiya heç vaxt Cənubi Qafqazda sülh və sabitliyin yaradılmasının tərəfdarı olmayıb

Rusiya heç vaxt Cənubi Qafqazda sülh və sabitliyin yaradılmasının tərəfdarı olmayıb

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Cənubi Qafqazda sabitliyin bərpa edilməsi, sülhün təmin olunması, əlbəttə ki, regional dövlətlər üçün çox əhəmiyyətlidir. Azərbaycan Prezidenti də bu sahədə daim öz səylərini əsirgəmir və qonşu dövlətlərlə münasibətlərin yaxşılaşdırılmasına böyük önəm verir. Bu gün Amerika Birləşmiş Ştatlarının birləşdirici platforma qismində çıxış etməsi, əlbəttə ki, sülhün təmin olunmasına dəstəkdir. Sözsüz, bu, həm də Rusiyanın bilavasitə uzaqlaşdırılmasına istiqamətləndirilib”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat qeyd edib ki, Cənubi Qafqazda Rusiyanın təsiri daimi möhkəm olub və bu gün də bu təsir saxlanılmaqdadır.

Tahir Rzayev

“Ölkələr müstəqillik qazanandan sonra Rusiya öz mövqeyini xeyli dərəcədə itirib və itirməkdədir. Rusiya regionda öz rəhbərliyini möhkəmləndirmək üçün sülhə yox, bilavasitə səylərini münaqişəyə yönəldib. Çünki münaqişələrin davam etməsi onun bu regionda hakimiyyətini daha dolğun şəkildə həyata keçirilməsinə imkanlar yaradır və respublikaları təsir altında saxlamağa təkan verir. Ona görə də Rusiya heç vaxt regionda sülhün yaradılmasının tərəfdarı olmayıb və bu gün də bu məqsədlə müəyyən qarşıdurmalara rəvac verir. Çünki Rusiyanın Cənubi Qafqazda mövqeyini itirməsi, onun bilavasitə region üçün əhəmiyyətli olan bir sıra imkanlardan məhrum olması deməkdir”-deyən deputat qeyd edib ki, Amerika Birləşmiş Ştatları da bu istiqamətdə öz səylərini artırmışdır.

“Elə Ermənistanın Baş nazirinin dəfələrlə Vaşinqtona dəvət olunması və eləcə də, sabaha planlaşdırılan üçtərəfli görüş bilavasitə Rusiyanın Cənubi Qafqazdan uzaqlaşdırılmasına və onun təsir dairəsinin azaldılmasına xidmət edir. Bu, xeyirxah bir məqsəddir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanın Trampla görüşməsi və fərdi söhbətlərin üçtərəfli danışıqların aparılması sözsüz ki, Cənubi Qafqazda sabitliyin bərpa olunmasına yönəldilib. Bu, çox vacib bir platformadır və Amerika Birləşmiş Ştatlarının bu birləşdirici platforması, əlbəttə ki, nəinki Cənubi Qafqazda, eləcə də dünyada baş verən bir sıra münaqişələrin aradan qaldırılmasına təkan verə bilər. Çünki dünya bu gün böhranlı bir vəziyyətdədir. Müharibələr, münaqişələr, qarşıdurmalar davam etməkdədir. Belə bir vaxtda dünya iqtisadiyyatını möhkəmləndirmək, dövlətlər arasında əməkdaşlığı genişləndirmək mümkün deyil. Bu da dövlətlərin milli maraqlarına ziddir. Vaşinqtonda keçirilən bu görüş dəvət olunan hər iki dövlətin milli maraqlarına xidmət edir. Azərbaycan prezidenti daim sülhün tərəfdarı olub. İstər müharibədən əvvəl, istər müharibə dövründə, istər 23 saatlıq lokal antiterror tədbirləri zamanı da cənab prezident həmişə danışıqlara getməyi, münasibətləri yaxşılaşdırmağı vacib hesab edib və bu gün də bu istiqamətdə böyük səylərini ortaya qoyur.

Vaşinqtonda belə bir görüşün keçirilməsi Rusiya tərəfindən qısqanclıqla qarşılanacaq. Ancaq artıq dövr o dövr deyil. Zaman yeni reallıqlar, yeni yanaşmalar, yeni siyasi gedişlər etməyi tələb edir və Azərbaycan da bu siyasətdə, bu diplomatiyada öz sözünü deməyi bacarır”-deyən Tahir Rzayev vurğulayıb ki, Azərbaycan prezidenti bütün hallarda Azərbaycan xalqının milli maraqlarından, dövlətin mənafeyindən çıxış edir və bu da dünya dövlətləri tərəfindən sülhsevər bəşəriyyət tərəfindən yüksək qiymətləndirilir.

Deputatın fikrincə, Vaşinqton görüşü də Azərbaycanın diplomatik uğuru kimi tarixə düşəcək.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Avqust 2025 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri