Numan Kurtulmuş: Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə həmişə Cənubi Qafqaz regionunda sülh və sabitliyin tərəfdarı olub və bu istiqamətdə konkret addımlar atmağa çağırıb.
“Report” xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş bu gün Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında bildirib.
"Bu regionda (Cənubi Qafqaz) verdiyi mühüm töhfəyə görə Azərbaycana təşəkkürümü bildirmək istərdim. Biz lap əvvəldən bəyan edirik ki, davamlı sülhün bərqərar olması üçün addımlar atılmalıdır", - o qeyd edib.
N.Kurtulmuş vurğulayıb ki, Bakı ilə Ankara arasındakı möhkəm münasibətlər Azərbaycanın 44 günlük müharibədəki zəfərindən və Şuşa Bəyannaməsinin imzalanmasından sonra daha da dərinləşib və bütün sahələrdə inkişaf edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 18 Dekabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















