Rusiya hökumətində yerdəyişmələr olacaq
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya prezidenti Vladimir Putin Baş nazir Mixail Mişustinin hökumətdə yerdəyişmələrin aparılması ilə bağlı təklifini dəstəkləyib.
“Interfax”ın xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Görüşdə ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm məsələlərlə yanaşı, Baş nazir dövlət başçısına hökumətdə yerdəyişmələrlə bağlı təkliflərini irəli sürdü. Prezident Putin bu təklifləri dəstəklədi”,- Peskov qeyd edib.
Onun sözlərinə görə, Baş nazir Mixail Mişustin prezident Vladimir Putinə hökumət üçün yeni namizədlər təklif edib.
Maliyyə nazirinin birinci müavini İrina Okladnikova Baş nazirin müavini və Aparat rəhbəri vəzifəsinə təklif olunub.
Primorski diyarının qubernatoru Oleq Kojemyako Baş nazirin müavini və Prezidentin Uzaq Şərq Federal Dairəsində səlahiyyətli nümayəndəsi vəzifəsinə namizəd göstərilib.
Nəqliyyat naziri Andrey Nikitin Baş nazirin müavini olacaq və digər məsələlərlə yanaşı, nəqliyyat sektorunun inkişafına da nəzarət edəcək.
Bundan əlavə, hökumət daxilində yeni bir vəzifə yaradılacağı bildirilib: Baş nazirin müavini - Maliyyə naziri. Bu vəzifəyə maliyyə naziri Anton Siluanov təklif olunub.
Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov Nəqliyyat naziri vəzifəsinə təklif olunub.
Peskov əlavə edib ki, prezident bu təklifləri dəstəkləyib. Namizədlər təsdiq üçün Dövlət Dumasına təqdim olunacaq.
Rusiya konstitusiyasına görə, hökumətdaxili vəzifələrə yeni namizədlər təsdiq üçün Dövlət Dumasına da təqdim edilməlidir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 19 Oktyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















