Icma.az
close
up
RU
Rusiya hökumətində kadr dəyişiklikləri: Nə baş verir? (ŞƏRH)

Rusiya hökumətində kadr dəyişiklikləri: Nə baş verir? (ŞƏRH)

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bu, istefaya göndərilmə hadisələri Rusiyanın çətin durumda olmasının göstəricisidir". 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya prezidenti Vladimir Putin tərəfindən son günlər həyata keçirilən kadr dəyişikliklərini şərh edərkən deyib.

Üzeyir Şəfiyev bildirib ki, anti-Rusiya cəbhəsində konsolidasiya artdıqca Rusiya daxilində psixoloji iqlim daha da sərtləşir:

"Yəni Rusiya istiblişmentində siyasi iqlim daha da gərginləşir. Göründüyü kimi, Rusiya elitasında qruplaşmalar və Putinə münasibətdə dözümsüzlük var. Bu da özünü müxtəlif səviyyələrdə göstərir. Putinin aqressiv şəkildə kadr dəyişikliklərinə getməsi onun ölkəsinin beynəlxalq arenada təcrid olunmasının günahını diplomatların üzərinə atmağa çalışmasının göstəricisidir".


Ekspertin fikrincə, Putinin götürdüyü kurs artıq rus siyasi elitasını yorub:

"Belə vəziyyətdə kadr dəyişikliklərinin daha da aqressivləşməsinin şahidi olacağıq. Putin xarici siyasətdəki uğursuzluqlarını ayrı-ayrı kadrların üzərinə yükləmək və bununla da kimisə "günah keçisi" kimi təqdim etməyə çalışır. Guya bununla vəziyyətdən çıxacağını düşünür.   Rusiya beynəlxalq birlik tərəfindən güclü təzyiqə məruz qalır. Belə bir durumda da Putin ölkəsinin gerçək itkilərini görür. Ancaq hələ də bundan nəticə çıxarmaq istəmir, daha da aqressivləşir. Putin vəziyyətdən çıxış yolunu hələ ki, müharibənin genişlənməsində görür".

Həmsöhbətimiz hesab edir ki, Rusiya siyasi elitasında Putin siyasətindən narazı qalan kifayət qədər qüvvələr var:

"Rusiya siyasi elitasında Putinin yürütdüyü siyasətdən narazılıq tədricən baş qaldırmaqdadır. Rusiya sahədə böyük itkilərə məruz qaldıqdan sonra Putinə qarşı ölkə daxilində açıq etirazlar baş qaldıra bilər. Hətta bu fonda mərkəzdənqaçma hallarını da müşahidə edə bilərik. Həmçinin, yaxın qonşuluqda olan dövlətlər də ondan uzaqlaşmağa çalışacaq, MDB-nin də bir format olaraq fiaskosunu sürətləndirəcək. Rusiyaya basqılar dərinləşəcəksə, belə vəziyyət özünü tezliklə göstərəcək".

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov vəzifəsindən azad olunub. Bu barədə Rusiya prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb. Boqdanov eyni zamanda Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi vəzifəsindən də azad edilib. 

Bu hadisədən bir neçə gün əvvəl isə Rusiyanın nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt vəzifəsindən azad edilib. Sonradan onun özünə qəsd etdiyi açıqlanıb.

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 İyul 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri