Icma.az
close
up
RU
Rusiya hücum edəcək, İran isə... Böyük güclərin anlaşdı

Rusiya hücum edəcək, İran isə... Böyük güclərin anlaşdı

Olke.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ, Rusiya və Çin, çox güman, öz aralarında artıq anlaşıblar: Rusiya və Çin Amerika qitəsindən tam çəkilirlər, İranı ayaqda saxlamaq fikrindən vaz keçirlər, ABŞ isə Rusiyanın Ukrayna, Çinin Tayvan ilə nə edəcəyinə qarışmayacaq. 

Ölkə.Az xəbər verir ki, bu sözləri siyasi şərhçi Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, İran Avropaya üçün Rusiyanı əvəz edəcək, AB-nin dərin, sistemli böhrandan çıxmaq üçün İran çox vacib rol oynayacaq:

"İran həm böyük bazar, həm də Rusiyadan heç də az olmayan, Avropaya daha uyğun logistik fürsətlərə malik enerji mənbəyidir. Yəni hələ ki yeni “Podstam, Yalta, Helsinki”, rəsmi kağız, anlaşma olmadan əməldə həyata keçirilir". 

Siyasətçi qeyd edib ki, Venesuala məsələsi uzanmadan (yəni 1 ay civarında) həllini tapacaqsa, bu, ABŞ, Tramp üçün böyük uğur hekayəsinə çevriləcək:

"Halbuki ABŞ-ın bu ölkəyə etdiyi tam qanunsuzdur, beynəlxalq hüquqa ziddir, amma, artıq hüquq çoxdan ölüb. Ardınca Kuba əməliyyatı olacaq.

Hamı yazır-deyir ki, İran dəyişəcək, amma anlamaq lazımdır ki, İran artıq dəyişib, 10-15 il əvvəlki İran deyil, ilk olaraq İranın regionada uzantıları ləğv edildi, Suriya əlindən çıxdı, Livana təsirləri minimuma endi, İraqda zəiflədildi və İranın “dərin dövləti” bunu anlayaraq dəyişikliklərin simvolu kimi Pezeşkiyanı seçdi. İndi İran ABŞ-a deyil də, Avropaya açılacaq, “keçmiş yoldan asılılıq” prinsipi yenə işə düşəcək, İranda Britaniya və Fransa əsas rol sahibi olacaqlar. 

ABŞ-ın ağlı olsa, İrana kənardan müdaxiləyə imkan verməz, heç sözlü müdaxilələr belə etməz, məsələnin orqanik daxildə həll olunacağını gözləməyər. Əgər kənardan hərbi müdaxilə olsa, yəni ABŞ və İsrail hərbi müdaxilə qərarı versələr, deməli hər iki ölkə İranda indiki rejimin qalmasını istəyirlər, onlara dəstək olacaqlar - çünki xarici müdaxilə İran xalqını daxildə birləşdirəcək, dəyişiklik istəyini boğacaq". 

N.Cəfərlinin sözlərinə görə, bu konfiqurasiyada hələlik məchul olan Rusiyadır: 

"ABŞ-la, ya Çinlə birgə masaya oturacağı seçimidir. Yəni, Rusiyanın ayrıca güc mərkəzi kimi böyük masada yer alması müşküldür, ya ABŞ-la, ya da Çinlə bir yerdə olsa, tərəzinin göstəriciləri dəyişəcək. İndi həm ABŞ, həm də Çin masada kiçik tərəfdaş kimi Rusiyanı yanında istəyir, Rusiyanın biznes elitası ABŞ-a, hərbi elitası isə Çinə meyillidir. Görək hansı “Kreml qülləsi” daha ağır basıb qalib gələcək.

Belə tektonik dəyişikliklər dövründə Ukrayna məsələsi kiçik bir epizod halına gəlir, indiki dövrdə Pokrovsk şəhərinin, və ya Qulaypole kəndinin kimin olacağı heç önəmli deyil. Masada o qədər böyük məsələlər var ki, iki şəhər, beş kənd artıq heç kəsin, bir tək Ukrayna xalqından başqa, vecinə də deyil. Qəhraman Ukrayna xalqı təkbaşına bu ağıq durumdan çıxmalıdır, dəstək olmayacaq – çünki bütün əsas oyunçular öz “payına” düşəni dünya miqyasında artıq alıblar, ya da alırlar..."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Yanvar 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri