Icma.az
close
up
RU
Böyük güclərin hegemonluğunu dayandırmaq lazımdır

Böyük güclərin hegemonluğunu dayandırmaq lazımdır

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Bu gün Venesuelanın keçmiş lideri Nikolas Maduro və həyat yoldaşı Cilia Flores Nyu-Yorkda federal məhkəmə qarşısına çıxarılır. Eyni zamanda, BMT Təhlükəsizlik Şurası təcili toplanır. ABŞ-ın Venesuelaya hücum edərək Maduronu oğurlayıb ölkədən qaçırmasını dünyanın əksər siyasi müşahidəçiləri beynəlxalq hüququn pozulması, beynəlxalq hüquq normalarına tüpürülməsi, hegemonluq, quldurluq və hətta dövlət ter*rorizmi kimi qiymətləndirirlər. Bu cür dəyərləndirmələr müəyyən mənada həqiqəti əks etdirir. Bəli, Maduro qeyri-demokratik lider olsa da, lakin ABŞ-ın addımı isə birmənalı şəkildə açıq-aşkar beynəlxalq hüquqa qarşı demarşdır, dərəbəylikdir, saymamazlıqdır. ABŞ özünü rəsmən "dünya jandarmı" kimi aparır və Rusiyanın keçmiş sovet respublikalarını özünün "arxa bağçası" hesab etdiyi kimi, Ağ Evin rəhbərliyi də Latın Amerikası ölkələrinə qarşı eyni münasibəti sərgiləyir.
Yəni ki, ABŞ xüsusi təyinatlılarının Maduronu ələ keçirib Nyu Yorka aparmasında məqsəd Venesuelaya demokratiya və tərəqqi gətirmək deyil. Zatən Əfqanıstan, Liviya, İraq və Suriyanın hazırkı acı aqibəti göz qabağındadır. Bu ölkələr məhz ABŞ-ın sayəsində bu gün xaos və səfalət içində çabalayır. Venesuela da istisna deyil. Böyük ehtimalla bu ölkə də yaxın gələcəkdə siyasi hərcmərcliyə və iqtisadi tənəzzülə sürüklənəcək. Çünki ABŞ rəhbərliyinin məqsədi ilk növbədə Venesuelanın təbii sərvətlərinə əl qoymaqdır. Bu ölkə neft, qaz, qızıl, dəmir və digər təbii ehtiyatlar baxımından dünyanın ən zəngin ölkələrindən biri olmaqla ABŞ üçün əsl "yağlı tikə"dir. Tramp administrasiyası dünyanın ən böyük neft rezevrlərinə malik olan Venesuelanın neft sənayesinə əl qoymaqla dünya bazarlarına öz şərtlərini diktə etmək üçün unikal fürsət qazanır.
Digər bir amil isə geosiyasi proseslərlə bağlıdır. ABŞ-ın Venesueladakı ildırım sürətli xüsusi əməliyyatının əsas hədəflərindən biri məhz Çin və Rusiyanın Latın Amerikası ölkələrinə geoiqtisadi və hərbi təsirlərini önləməyə, neytrallaşdırmağa hesablanıb. Bu baxımdan Venesuela regiona nüfuz etmək, daxl olmaq üçün "açar" ölkə sayılırdı. Bu faktoru nəzərə alan Çin Venesuelada iqtisadi baxımdan möhkəmlənməyə başlamışdı. Rusiya isə Venesuelada ərbi mövcudluğunu tədricən artırırdı. Tramp isə təbii ki, bütün bunları sözügedən ölkələrin birbaşa ABŞ-a meydan oxuması kimi, açıq təhdid kimi dəyərləndirirdi. Ağ Ev Latın Amerikasını özünün forpostu, "arxa bağça"sı hesab etdiyinə görə dərhal hərəkətə keçdi. Bu mənada qarşıdakı dövrdə Kuba, Kolumbiya, Meksika kimi region ölkələri də eyni aqibətlə üzləşməkdən sığortalanmayıblar. Hətta Kanada və Qrenlandiya da Venesuelanın aqibətini təkrarlaya bilər.
Bütün bunlar bir daha onu göstərir ki, beynəlxalq hüquq həqiqətən də artıq öz işləkliyini itirib. Rusiyanın hərbi təcavüz, Çinin iqtisadi ekspansiya yoluyla beynəlxalq hüququ təsirsiz, səmərəsiz hala gətirməsi kimi ABŞ da Venesuelaya qarşı təcavüzkar davranışı ilə
Yalta və Potsdam konfranslarından sonra formalaşmış qlobal geosiyasi arxitekturanın tamamilə çökdüyünü ortaya qoydu və dünyanın keyfiyyətcə yeni mərhələyə girdiyini göstərdi. Daha doğrusu, bu hadisə, dünya üçün dönüş nöqtəsi sayılmalıdır. Belə ki, əvvəllər beynəlxalq hüququn təmin olunması və qorunması üçün birbaşa məsuliyyət daşıyan BMT TŞ-nın daimi üzvləri (xüsusən də Rusiya və ABŞ) indi "güclü haqlıdır", "güclülər mühakimə olunmur" prinsipindən çıxış etməyə başlayır və “hüququn gücü”nə deyil, “gücün hüququ”na istinad etməyə üstünlük verirlər.
Bunun nəticəsidir ki, bu gün dünyada beynəlxalq hüquq normaları işləmir və “kim güclüdür, o da haqlıdır” prinsipi bir sıra ölkələr tərəfindən əsas prinsip kimi qəbul edilir. Bu da öz növbəsində hazırda hər bir ölkəni öz təhlükəsizliyi haqqında ciddi şəkildə düşünməyə məcbur edir. Postsovet ölkələri üçün ən böyük təhlükə mənbəyi məhz Rusiyadır. Çünki Kremlin imperiya siyasəti keçmiş SSRİ-nin yenidən bərpa edilməsinə hesablanıb. Bu gün Rusiyanın "Xüsusi Hərbi Əməliyyat" adı altında Ukraynaya qarşı apardığı təcavüzkar müharibə də məhz sözügedən imperiya siyasətinin təzahürüdür. Lakin dünya birliyi böyük dövlətlərin qonşu ölkələrə öz "arxa bağça"ları kimi yanaşmalarına və neoimperialist davranışlarına laqeyd qalmamalıdır. Beynəlxalq hüququ bərpa etmək və böyük güclərin hegemonluğunu dayandırmaq lazımdır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Yanvar 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri