Icma.az
close
up
RU
“Suriya ilə Azərbaycan arasında mühüm diplomatik yenilik gözləniləndir” MÜNASİBƏT BİLDİRİLDİ

“Suriya ilə Azərbaycan arasında mühüm diplomatik yenilik gözləniləndir” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edib. Dövlət başçısı səfər çərçivəsində bir sıra görüşlər keçirib. Diqqət çəkən əsas məqamlardan biri Prezident İlham Əliyevin Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara ilə görüşü olub. Prezident görüş zamanı onu Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: “Əhməd əş-Şaranın keçmişi müəyyən qədər tənqidə açıq olsa da, o, hazırda Suriya Ərəb Respublikasının keçid dövrü prezidentidir. Onun Azərbaycana münasibəti müsbətdir, əməkdaşlığa marağı isə aydındır. Bu, Bakı üçün də məqbul yanaşmadır.

Bakı-Dəməşq münasibətləri nə Hafiz Əsədin, nə də Bəşər Əsədin dövründə yaxşı olmayıb. Xüsusilə Bəşər Əsədin açıq ermənipərəst siyasəti iki ölkə arasındakı münasibətləri son dərəcə gərgin vəziyyətə salmışdı. Lakin Əsəd rejimindən fərqli olaraq, Əhməd əş-Şara Bakı ilə əməkdaşlıq etməkdə maraqlıdır.

Türkiyənin müttəfiqi olan Azərbaycan ilə Ankara tərəfindən dəstəklənən Suriyanın yeni hakimiyyəti arasında körpü formalaşmaqdadır. Ankara Əhməd əş-Şaranın beynəlxalq ictimaiyyət qarşısında özünü müsbət mənada göstərməsini, yeni Suriyanın əvvəlkindən fərqli olduğunu sübut etməsini istəyir. Azərbaycan bu baxımdan əvəzsiz tərəfdaşdır.

Azərbaycan türk dünyasında, İslam aləmində və beynəlxalq ictimaiyyətdə nüfuz sahibi, sözünə etibar edilən bir dövlətdir. Rəsmi Bakı beynəlxalq münasibətlərdə hüququn aliliyinə, etibarlı əməkdaşlığa və balanslı siyasətə önəm verir. O mənada Azərbaycan–Suriya münasibətlərinin normallaşması bu ölkənin beynəlxalq imicinə də müsbət təsir göstərə bilər. Bakı ilkin mərhələdə Əhməd əş-Şara və keçid hökumətinə ehtiyatla yanaşsa da, Türkiyənin səyləri nəticəsində hazırda əməkdaşlığa maraq göstərir. Azərbaycanın Talibanla münasibətlərindəki ehtiyatlı və mərhələli yanaşmanın Suriyaya da tətbiq olunacağı ehtimalı böyükdür.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Suriyada baş vermiş dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddətdə bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun müddət fəaliyyətsiz qalmış Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib”.

Bakı-Dəməşq münasibətlərinin formalaşması və inkişafı hər iki ölkə üçün müsbət nəticələr vəd edir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Suriyanın sabitliyinin möhkəmləndirilməsi üçün bu ölkənin bərpasında iştirak etməyə hazırdır. Həmçinin, Suriya yaxın gələcəkdə Azərbaycanın enerji siyasətində də yer ala bilər.

Rəsmi Bakı son illərdə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli oyunçuya çevrilib. Avropaya nəql edilən təbii qazın həcmi ildən-ilə artır. Lakin bu, hələlik kifayət deyil. Azərbaycan bu istiqamətdə İraqla (xüsusən İraq Kürdüstanı ilə) əməkdaşlıq imkanlarını dəyərləndirir. Suriyanın da Türkiyə ilə quru sərhədinə malik olması onun gələcəkdə TANAP və TAP layihələrinə çıxış imkanlarını artırır. Bu sahədə əməkdaşlıq Dəməşqə ciddi maliyyə vəsaiti gətirə bilər.
Azərbaycan həmçinin Suriyanın təhlükəsizliyi baxımından da mühüm rol oynaya bilər.

Məlum olduğu kimi İsrail Suriyadakı hadisələri yaxından izləyir. Ankara ilə Dəməşq arasında əməkdaşlığın Təl-Əvivə qarşı yönəlməsi İsraili narahat edir. Bu mənada Azərbaycanın İsrail-Suriya münasibətlərində vasitəçi rolunu oynaması mümkündür. Məsələn, Azərbaycanın vasitəçiliyi ilə Türkiyə və İsrail arasında Suriyada arzuolunmaz insidentlərin qarşısını almağa yönəlmiş gərginliyin azaldılması mexanizminin formalaşdırılması üçün razılıq əldə olunub. Bənzər razılaşma gələcəkdə Dəməşq və Təl-Əviv arasında da mümkün ola bilər.

Əvvəllər də qeyd etdiyim kimi, Suriya ilə Azərbaycan arasında mühüm diplomatik yenilik gözləniləndir. Bunu şərti olaraq “Nəsimi diplomatiyası” adlandırmaq mümkündür. Məlum olduğu kimi, 1417-ci ildə Hələbdə vəfat etdiyi bilinən Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin məzarı Suriyadadır. Nəsiminin qalıqlarının Azərbaycana gətirilməsi iki ölkə arasında mədəni və diplomatik əlaqələrin inkişafına ciddi töhfə verə bilər”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Aprel 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri