Icma.az
close
up
RU
Rusiya ilə gərginlik müğənnilərin toy bazarına təsir edibmi? İki məşhur danışdı

Rusiya ilə gərginlik müğənnilərin toy bazarına təsir edibmi? İki məşhur danışdı

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Yekaterinburq şəhərində azərbaycanlılara qarşı sərtləşən münasibət Rusiya-Azərbaycan əlaqələrinə mənfi təsir edib. Siyasi-diplomatik münasibətlər xeyli soyuyub. Mədəni-kütləvi tədbirlər, konsertlər təxirə salınıb.

Azərbaycanlıların Rusiyada mövqelərinin zəifləməsi bir başqa sahəyə də mənfi təsir göstərə bilər. Bu, toy biznesidir. Xeyli sayda müğənni Rusiyanın müxtəlif şəhərlərində orda yaşayan soydaşlarımızın toy və başqa şənliklərində yüksək qonorarla iştirak edirlər. İndiki siyuasiya bu bazarı “öldürə” bilər.

Bəs gerçəklik nədən ibarətdir? Son hadisələr Rusiyadakı toy bazarını zəiflədəcəkmi?

Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan əməkdar artist, xanəndə Elnarə Abdullayeva bildirib ki, baş verənlərə baxmayaraq, hər şeyin yaxşı olacağına inanır:

“Həyatda çox çətinliklər yaşamışıq. Özümüzü tanıyandan bəri müharibə, mübahisələr görmüşük. Təki hər şey yaxşı olsun. Toy bazarına nə qədər təsir edəcəyini bilmirəm, amma yaşananlar əhvalımıza mənfi təsir edir. Ruhumuz yorulub artıq. Belə hallar olanda, vallah, toy da yaddan çıxır. Allahın hər kəsə yazığı gəlsin”.

Müğənni Nadir Qafarzadə isə deyib ki, özü ildə 2-3 dəfə Rusiyada toya gedir və münasibətlərin pisləşməsi təkcə sənətçiləri deyil, bütün sahələri əhatə edə bilər:

“Münaqişənin sülhlə başa çatacağına inanıram. Çünki nə Rusiya, nə də Azərbaycan üçün əlaqələrin pozulması sərfəlidir. Rusiyada yüz minlərlə azərbaycanlı, Azərbaycanda isə 120 min civarında rus yaşayır. Onlar artıq bu ölkələrdə öz həyatlarını qurublar. Hər şeyi dilə gətirmək asandır, amma soydaşlarımızın vətənə qayıdıb burada həyatı sıfırdan başlaması çox çətin olar. Bu, Azərbaycanda yaşayan ruslar üçün də keçərlidir”.

Nadir Qafarzadə əlavə edib ki, İlham Əliyev məsələni ən yüksək səviyyədə həll etməyə nail olacaq:

“İnanıram ki, daxili və xarici siyasəti mükəmməl bilən ölkə başçımız bu məsələni rusiyalı həmkarı ilə ortaq məxrəcə gələrək həll edəcək və münaqişə böyüməyəcək. Biz hər zaman bütün xalqlarla dost olmuşuq. Elə sakit, qonaqpərvər və mərhəmətli xalqıq ki, həmişə hər kəsə qucaq açmışıq. Azərbaycanda yaşayan ruslara da hörmətlə yanaşılır. Kimlərsə iki xalq arasında çaxnaşma yaratmağa çalışır. Ümid edirəm ki, məsələ tezliklə həll olunacaq”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 İyul 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri