Rusiya gəmiləri Suriyadakı bazalarını tərk edibmi?
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Peyk görüntüləri Bəşər Əsədin süqutundan sonra Rusiya hərbi gəmilərinin Suriya sahillərindəki Tartus bazasını tərk etdiyini göstərir.
Yeniavaz.com “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, dekabrın 9-da çəkilmiş görüntüdə Tartusdan təxminən 13 kilometr şimal-qərbdə ən azı üç Rusiya hərbi gəmisi əks olunub.
Rusiya Hərbi Dəniz Qüvvələrinin qalan gəmilərini peyk görüntülərində tapmaq mümkün olmayıb.
Xatırladaq ki, Rusiyanın sahilyanı Latakiya şəhərində böyük hava bazası və Tartusda dəniz bazası olub.
Tartus bazası Aralıq dənizində yeganə Rusiya gəmi təmiri və texniki xidmət mərkəzidir. Moskva Suriyadan hərbi gəmilərin Afrika ölkələrinə tranziti üçün istifadə edib.
Dekabrın 5-də “BlackSky” tərəfindən çəkilən görüntüdə bazada altı gəminin olduğu əks olunub.
Peyk çəkilişlərinə əsasən, donanma dekabrın 6-dan 9-a kimi dəniz bazasını tərk edib.
Bu mövzuda digər xəbərlər:Rusiya Suriyadakı hərbi bazalarını saxlaya bilər
12 Dekabr 2024 22:33
Rusiya Suriyadakı hərbi bazalarını itirə bilər
09 Dekabr 2024 09:57
Rusiya gəmiləri Suriyadakı bazadan niyə çıxıb..?
07 Dekabr 2024 21:26
Rusiya Suriyadakı bazalarını saxlamaq üçün danışıqlar aparır..?
13 Dekabr 2024 00:38
Rusiya Suriyadakı bazalarını döyüş hazırlığı vəziyyətinə gətirdi
08 Dekabr 2024 16:08
Baxış sayı:122
Bu xəbər 10 Dekabr 2024 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















