İki avtomobil nəhəngi Rusiya bazarına QAYIDIR
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Kia" və "Hyundai" Rusiya avtomobil bazarına ilk qayıdan şirkətlər ola bilər.
Modern.az xəbər verir ki, bu barədə “Avtostat”ın direktoru Sergey Tselikov TASS-a müsahibəsində bildirib.
O qeyd edib ki, geosiyasi vəziyyət normallaşacağı və sanksiyalar yumşaldılacağı təqdirdə "Kia" və "Hyundai" Rusiya avtomobil bazarına ilk qayıdan şirkətlər arasında ola bilər.
Onun sözlərinə görə, bəzi avtomobil istehsalçıları isə ümumiyyətlə Rusiya bazarına qayıtmaya bilər. Onların arasında "Renault" və "Nissan" da var. Tselikov qeyd edib ki, "Mercedes" və "Volkswagen" də Rusiya bazarından demək olar ki, geri dönməyəcək şəkildə çıxıblar.
Qeyd edək ki, sözügedən avtomobil nəhəngləri Rusiya bazarından tam çıxmasalar da Rusiyadakı istehsal və satış fəaliyyətlərini faktiki olaraq 2022-ci ildən dayandırıblar. "Hyundai" 2022-ci ilin martında Rusiyadakı istehsalını dayandırıb,. 2023-cü ilin dekabrında isə Sankt-Peterburqdakı zavodunu Rusiyanın Art-Finance şirkətinə satıb.
"Kia" isə 2022-ci ildən Rusiyadakı fəaliyyətini və istehsalını dayandırıb. Onun da Sankt-Peterburqdakı zavodu sonradan satılıb.
Baxış sayı:174
Bu xəbər 30 Avqust 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















