“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“NATO Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlaşır”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarovanın sözlərinə görə, NATO ölkələrinin artan hərbi xərcləri və genişmiqyaslı təlimləri bu hazırlığın göstəricisidir.
Bildirib ki, 2025-ci il üzrə ümumi hərbi xərcləri 1,64 trilyon dollar təşkil edir və bu, dünya hərbi xərclərinin böyük hissəsini əhatə edir.
O, həmçinin, NATO-nun keçirdiyi hərbi təlimlərin sayının artdığını qeyd edib.
Zaxarova əlavə edib ki, NATO hesabatlarında Rusiyanın əsas təhlükə kimi təqdim olunması “əsassız”dır.
Digər tərəfdən, o, Ukrayna Prezidenti Volodimir Zelenski Pasxa atəşkəsi ilə bağlı açıqlamalarını tənqid edib. Zaxarovanın fikrincə, bu çağırış Ukrayna ordusunun yenidən qruplaşdırılması və döyüşlərin davamına hazırlıq məqsədi daşıyır.
Rusiya XİN sözçüsü bildirib ki, əgər Zelenski həqiqətən münaqişənin bitməsini istəsəydi, müəyyən siyasi addımlar atardı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 01 Aprel 2026 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















