Rusiya Kiyevi raketlərlə vurdu: ölənlər var
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya qüvvələrinin Kiyevə kütləvi raket hücumu nəticəsində 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Axar.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Məlumata görə, hücum zamanı Kursk, Bryansk və Voronej vilayətlərindən ballistik və hipersəs raketləri buraxılıb. Paytaxtın bir neçə rayonunda raketlərin və onların qalıqlarının düşdüyü yerlər qeydə alınıb.
Podol rayonunda raket qalıqlarının doğum evinin yaxınlığına düşməsi nəticəsində binanın pəncərələri və fasadının bir hissəsi zədələnib. Tibb müəssisəsində xəsarət alan olmasa da, onun yaxınlığındakı dayanacaqda bir nəfər ölüb.
Dnepr rayonunda raket qalıqları 16 mərtəbəli yaşayış binasının və fərdi evlərin həyətlərinə, həmçinin inzibati binaya düşüb.
Darnitsa rayonunda isə raket qalıqlarından birinin avtomobil yoluna düşdüyü bildirilib.
Son məlumata görə, yaralılardan dördü xəstəxanaya yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 24 Sentyabr 2026 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















